Məhkəmə qərarları › İş №3(5-145)-46/2026

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-46/2026

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-46/2026 19.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Qasımlı Fidan Lətif qızı, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2026-cı il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbini pozaraq yol hərəkəti qaydalarının əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tədbiq edilmiş, həmin qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən olunmuş əsaslar olmadan icra edilmədiyindən Şəxs barəsində İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə protokol tərtib edilərək baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş, 16 yanvar 2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. İş materiallarına əlavə edilmiş “Asan pay” ödəniş portalından əldə olunmuş çıxarışdan görünür ki, Şəxs EQ 30701075 nömrəli inzibati xəta haqqında protokol üzrə tətbiq edilmiş cəriməni və dəbbə pulunu ödəmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. İXM-nin 529-cu maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 529.1ci və ya 529.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs inzibati xəta haqqında protokol üzrə tətbiq edilmiş cəriməni və dəbbə pulunu (EQ 30701075 nömrəli inzibati xəta haqqında protokol) ödədiyinə görə İXM-nin 529-cu maddəsinin qeyd hissəsinə əsasən İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənlərə əsaslanaraq və İXM-nin 43, 130-cu maddələrini və 529-cu maddəsinin qeyd hissəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs inzibati xəta haqqında protokol üzrə tətbiq edilmiş cəriməni və dəbbə pulunu (EQ 30701075 nömrəli inzibati xəta haqqında protokol) ödədiyinə görə İXM-nin 529-cu maddəsinin qeyd hissəsinə əsasən İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilsin. Qərarın təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fidan Qasımlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar