Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-479/2026 06.03.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx xxxx 1978-ci ildə Masallı rayonu Güllütəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, Masallı rayonu Güllütəpə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-1626/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Masallı Rayon Məhkəməsinin 2(050)-308/2018 saylı, 27 aprel 2018-ci il tarixli qətnaməsi ilə 12 fevral 2007-ci ildə anadan olmuş X1 üçün müəyyən edilmiş 120 manat aliment miqdarı artırılaraq hər ay 170 manat müəyyən olunmaqla cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Şəxs heç bir üzrlü səbəb göstərmədən öz öhdəsinə düşən öhdəliyi yerinə yetirməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmışdır. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 170 (bir yüz yetmiş) manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2024-cü il tarixdə yenidən daxil olmuş, çünki əvvəl İcra haqqında qanunun 23.1.1-ci maddəsinə əsasən icra sənədi geri qaytarılmışdır. Halhazırda vətəndaşın 5060 manat aliment borcu vardır. Bununla bağlı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, iki il Azərbaycanda yaşamışdır, yaşadığı müddətdə əsəbdən xəstələnmişdir. Sonra borc alıb tələbkara iki min manatdan artıq pul vermiş və Rusiya Federasiyasına getmişdir. Ordanda imkan edib 900 manatda göndərmişdir. Həmdə aldığı borclarıda qaytarmaq lazım olmuşdur, qaytarmışdır. Sonra xəstə ola-ola gözləridə tutulmuş, avtomobildə idarə edə bilməmişdir. Heç gəzə bilməmişdir. Sonradan anası xəstə olduğu üçün borc alıb qayıdıb evə gəlmişdir. Sonra anası sağaldığı üçün yenidən Rusiyaya getmişdir. Saratov şəhərində gözünü cərrahiyyə əməliyyatı etmişlər. Sonra Bəhruz müəllim zəng edib 500 manat ödəyə biləcəyini soruşmuşdur. O, xəstə olması ilə bağlı xəstəlik kağızlarının şəkillərini çəkib göndərmiş, sağalıb göndərəcəyini bildirmişdir, sağalmasa borc alıb göndərəcəyini bildirmişdir. Sonra anası yenidən xəstələnmişdir. O, bir daha borc edib 532 manat göndərmiş və özüdə Azərbaycana gəlmişdir. Gələndən sonra anasının vəziyyəti yaxşılaşmışdır. O, qurban boyun almışdırki, oruc tutanlar üçün iftara alıb paylayacaqdır. Qarşı tərəfdə elə zənn edir ki, onun pulu vardır vermək istəmir. Amma Ukraynadan çıxdıqdan sonra pula həsrət qalmışdır. Fevral ayında 500 manat ödəniş etmişdir. İndidə 300 manat ödəniş edə biləcəkdir. Pulu olsaydı birdəfəlik ödəyərdi. Uşaq yetkinlik yaşına çatmışdır. Qalan borcuda ayda hissə-hissə bölünsün ödəyəcəkdir. Məhkəmənin mülahizəsinə uyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, 2023-cü il dekabr ayının 15-də icra hakimiyyətinin qarşısında yalvar yaxar edib onlara burda iş olmadığını gedib Rusiyada işləmsin və pulu göndərsin, bununla əlaqədar razılğa gəlmişlər, qardaşı oğlunu gətirmiş qardaşı oğlu izahat vermişdir ki, guya onun borcunu qardaşı oğlu ödəyəcəkdir. Rusiyaya getmiş iki il ərzində cəmi 984 manat pul ödəmiş daha ödəməmişdir. 2023-cü ildə məhkəmə olmuş 500 manat cərimə edilmişdir. Həmin vaxt izahat vermişdir ki, hər ay vaxtında ödəyəcəkdir. 2026-cı ilin yanvar ayında gəlmiş, heç icra şöbəsinə gəlməmişdir, saymamazlıq etmişdir, fevral ayının birində Tiflisə uçub getmişdir. Fevral ayının sonunda yenidən qayıdıb gəlmiş, heç icra şöbəsinədə gəlməmişdir. indidə deyirki “sən mənə heçnə edə bilməzsən”. Qərəzli olaraq vermirəm deyir. Şikayətçidir. Borcu tələb edir. Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 06 mart 2026-cı il tarixdən, saat 15:55-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(5-145)-479/2026
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-479/2026
06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver