Məhkəmə qərarları › İş №3(5-145)-481/2026

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(5-145)-481/2026

11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(5-145)-481/2026 11.03.2026 MASALLI RAYON MƏHKƏMƏSİ X2, X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 23 yanvar 2026-cı il tarixli tarixli qərarından şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 23 yanvar 2026-cı il tarixli, EQ 33438734 saylı qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(5-102)-205/2026 saylı xx.xx.2026-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 23 yanvar 2026-cı il tarixli, EQ 33438734 saylı qərarından şikayəti və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İş Masallı Rayon Məhkəməsinə daxil olduqdan sonra şikayətçi X3 məhkəmə elektron məhkəmə sistemi vasitəsi ilə ərizə ünvanlayaraq cərimə ilə bağlı öz aralarında məhkəmədən kənar razılığa gəldiklərini və cərimə ödənildiyinə görə icraatda olan inzibati xəta haqqında işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ərizəni nəzərdən keçirərək hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 23 yanvar 2026-cı il tarixli tarixli qərarından şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilmir. Hakim: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar