Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-5/2026 05.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Masallı Rayonun Sığdaş Bələdiyyəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Lənkəran–X1 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti (bundan sonra DƏMX) Lənkəran–X1 daxil olmuş inzibati xəta haqqında protokolda və əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Masallı Rayonun Sığdaş Bələdiyyəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinin tələblərini pozaraq DƏMX-nin Lənkəran-X2 xx.xx.2025-ci il tarixli 3-17-5/2-87039/2025 nömrəli məktubunda qeyd edilən icrası məcburi olan göstərişi yerinə yetirməmiş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Lənkəran–X4 tərəfindən hüquqi şəxs Masallı Rayonun Sığdaş Bələdiyyəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında MN seriyalı ******* saylı protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Masallı Rayonun Sığdaş Bələdiyyəsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Lənkəran-X4nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq nümayəndələri məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mumkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ● xx.xx.2025-ci il tarixli 3-17-5/2-87039/2025 nömrəli icrası məcburi göstərişin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 28 iyun tarixli 425 nömrəli Qərarına əsasən 2024-cü il 28 iyun tarixli 1195-VİQD nömrəli Qanun qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 2025-ci il 1 iyuladək müəyyən edilmişdir. “Əmək və məşğulluq” altsisteminə baxış zamanı Masallı Rayonun Sığdaş Bələdiyyəsi tərəfindən elektron sənəd formasına keçirilməyən əmək müqavilələrinin olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsinin 10 iş günü müddətində təmin edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Lənkəran-X4nə məlumat verilməsi Masallı Rayonun Sığdaş Bələdiyyəsindən tələb olunmuşdur. Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən “əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslərin min manat məbləğində, hüquqi şəxslərin iki min manat məbləğində cərimə ediləcəyi barədə Masallı Rayonun Sığdaş Bələdiyyəsi xəbərdar olunmuşdur. Məktubun göndərildiyi zərf “ünvan düzgün deyil” qeydi ilə geri qaytarılmışdır. ● xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 17 sentyabr tarixli 425 nömrəli Qərarına əsasən 2024-cü il 28 iyun tarixli 1195-VİQD nömrəli Qanun qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 2025-ci il 1 iyuladək müəyyən edilmişdir. Bildirilmişdir ki, “Əmək və məşğulluq” altsisteminə baxış zamanı tərəfinizdən elektron sənəd formasına keçirilməyən əmək müqavilələrinin olduğu müəyyən edilmişdir. “Əmək və məşğulluq” altsisteminə baxış zamanı Masallı Rayonun Sığdaş Bələdiyyəsinin elektron sənəd formasına keçirilməyən əmək müqavilələrinin olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq X3 Xidmətinin Lənkəran-X2 xx.xx.2025-ci il tarixli 3-17-5/2-87039/2025 nömrəli icrası məcburi göstəriş məktubu ilə Masallı Rayonun Sığdaş Bələdiyyəsindən 10 (on) iş günü müddətində qüvvədə olan işçilərin əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsini təmin edib və nəticəsi barədə X3 Xidmətinin Lənkəran-X4nə məlumatın verilməsi tələb olunmuşdur. Lakin onların tərəfindən heç bir tədbir görülməmiş və məlumat verilməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Masallı Rayonun Sığdaş Bələdiyyəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin dispozisiyasına görə əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilərək məhkəməyə göndərilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Lənkəran–X2 3-17-5/2-87039/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Masallı Rayonun Sığdaş Bələdiyyəsinə bağlanmış əmək müqaviləsinin elektron sənəd formasına keçirilməsi barədə icrası məcburi olan göstəriş məktubu yazılmışdır. Lakin həmin məktub Masallı Rayonun Sığdaş Bələdiyyəsinə rəsmi qaydada çatdırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Lənkəran–X4 tərəfindən iş materalına əlavə edilmiş sənəddən görünür ki, məcburi göstəriş “ünvan düzgün deyil” əsası ilə Masallı Rayonun Sığdaş Bələdiyyəsinə çatdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Göründüyü kimi, şəxsin əməlində İXM-nin 539.1-1-ci maddəsinin tərkibinin yaranması üçün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişi əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilmədiyinə görə yaranır. Yəni, əmək münasibətlərinin iştirakçısı ilk öncə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişi barədə rəsmi qaydada məlumatlandırılmalıdır. Daha sonra, sözügedən göstərişə əmək münasibətlərinin iştirakçısı tərəfindən əməl edilməzsə onun barəsində İXM-nin 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməlidir. Hazırki iş materiallarına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Lənkəran–X2 3-17-5/2-87039/2025 nömrəli xx.xx.2025-ci il tarixli icrası məcburi olan göstəriş məktubu Masallı Rayonun Sığdaş Bələdiyyəsinə çatmamışdır. Beləliklə, iş materiallarında olan sənədlərlə Masallı Rayonun Sığdaş Bələdiyyəsinin 3-17-5/2-87039/2025 nömrəli xx.xx.2025-ci il tarixli icrası məcburi olan göstəriş barədə protokol tərtib edildiyi tarixdə məlumatlı olmaması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Masallı Rayonun Sığdaş Bələdiyyəsinin əməlində inzibati xəta əlaməti yoxdur. Hüquqi şəxs inzibati xəta törətməmişdir. Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında 858- İQ saylı Azərbaycan Respublikasının Qanun 6-cı maddəsinə əsasən Birləşən bələdiyyələrin hər birinin mülkiyyəti və onunla bağlı hüquqlar (vəzifələr) hüquq varisliyi qaydasında yeni yaradılmış bələdiyyəyə keçir. Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının 18 oktyabr 2025-ci il tarixli 50-VİİQ saylı qanununa əsasən Azərbaycan Respublikasında Kolatan və Sığdaş bələdiyyələrinin əhatə etdiyi Babakücə, Bağıroba, Bala Kolatan, Böyük Kolatan, Xanalıyan, Ninəlov və Sığdaş kəndlərində bələdiyyələrin birləşməsi yolu ilə Kolatan bələdiyyəsi yaradılmışdır. Həmçinin məhkəmə onuda qeyd etməyi zəruri bildirir ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Masallı Rayon Sığdaş Bələdiyyəsi və Masallı Rayon Kolatan Bələdiyyəsi birləşdirilərək yeni Kolatan Bələdiyyəsi yaradılmışdır. Göründüyü kimi inzibati xəta haqqında protokol tərtib edilən zaman Masallı Rayon Sığdaş Bələdiyyəsi adında qurum olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, Masallı Rayonun Sığdaş Bələdiyyəsi barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Lənkəran-X1 daxil olmuş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 75, 84, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Masallı Rayonun Sığdaş Bələdiyyəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xətalar haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə hazırki qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(5-145)-5/2026
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-5/2026
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver