Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-503/2026 18.03.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımlı Fidan Lətif qızının sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə xx.xx.1987-ci ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXMnin) 333-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə fasiləsiz video-audio yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis Şöbəsinin vəzifəli şəxsi tərəfindən Şəxs barəsində İXM-nin 333- 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə protokol tərtib edilərək baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş, materiallar xx.xx.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. İşin halları: Masallı Rayon Polis X7 X4 Patrul Xidmətinin (bundan sonra – YPX-nin) inspektoru, polis serjantı X2 tərtib etdiyi xx.xx.2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2026-cı il tarixdə saat 22:35 radələrində Masallı şəhəri, Heydər Əliyev prospektində idarə etdiyi “VAZ-21150” minik markalı, ** CG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən YPX-nin əməkdaşı tərəfindən saxlanılmış, sərxoşluq vəziyyətinin yoxlanılması ilə bağlı tibbi müayinəyə təqdim edilmiş, yoxlama zamanı sərxoşluq vəziyyətinin tibbi müayinə protokoluna əsasən sürücünün nəqliyyat vasitəsini narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Şəxs bu hərəkəti ilə İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi ünvanlanmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və səlahiyyətli orqanın nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2026-cı il tarixli 000646 nömrəli tibbi müayinə protokolundan görünür ki, müayinə zamanı Şəxs sidiyində narkotik vasitə THC kannabinoid aşkar olunmuş, o, narkotik sərxoşluq vəziyyətində olmuşdur. Şəxs tibbi müayinə protokolunda “sidik özümündür, rəylə razıyam.” qeyd edərək imzalamışdır. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə xx.xx.2026-cı il tarixli aktdan görünür ki, Şəxs idarə etdiyi “VAZ-21150” minik markalı, ** CG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Masallı Rayon Polis Şöbəsinin müvəqqəti duracağına yerləşdirilmişdir. xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 22:35 radələrində Masallı şəhəri, Heydər Əliyev prospektində idarə etdiyi “VAZ-21150” minik markalı, ** CG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən YPX-nin əməkdaşı tərəfindən saxlanılmış, sərxoşluq vəziyyətinin yoxlanılması ilə bağlı tibbi müayinəyə təqdim edilmiş, yoxlama zamanı sərxoşluq vəziyyətinin tibbi müayinə protokoluna əsasən sürücünün nəqliyyat vasitəsini narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edildiyindən barəsində İXM-nin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir. Masallı Rayon Polis X7 Polisi Bölməsinin rəisi, polis mayoru X3 tərəfindən təqdim edilmiş xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, BDYPİ-nin X1 alınan məlumata əsasən Masallı rayonu Ərkivan qəsəbə sakini Şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək “B dərəcəli” BC 354008 nömrəli sürücülük vəsiqəsi vardır. Lakin təhvil verilməmişdir. Hüquqi məsələlər: İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraatın materiallarını, o cümlədən xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolu, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2026-cı il tarixli, 000646 nömrəli tibbi müayinə protokolunu hərtərəfli, tam və obyektiv tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər, qanuni və bir-birini tamamlayan sübutların məcmusu ilə özünün tam sübutunu tapmışdır. Məhkəmə, İXM-nin 84.1-ci maddəsinin tələbinə uyğun olaraq, sübutları öz daxili inamı ilə qiymətləndirərkən aşağıdakı nəticələrə gəlir: İşin materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2026-cı il tarixdə Şəxs narkotik vasitənin təsiri altında “VAZ-21150” minik markalı, ** CG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş, səlahiyyətli orqanın əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsi saxlanılmışdır. Həmin gün saat 22:35-də aparılmış yoxlama nəticəsində Şəxs sidiyində narkotik vasitə THC (pozitiv) kannabinoid olduğu müəyyən edilmişdir. Bu fakt sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu və müvafiq inzibati xəta haqqında protokolla təsdiq olunur və özlüyündə mübahisələndirilmir. Məhkəmə qeyd edir ki, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi ictimai təhlükəliliyi yüksək olan hüquqazidd əməldir. Bu cür hərəkətlər təkcə sürücünün özünün deyil, digər yol hərəkəti iştirakçılarının – sərnişinlərin, piyadaların və digər sürücülərin həyat və sağlamlığı üçün birbaşa və ciddi risk yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda da dəfələrlə qeyd olunduğu kimi, dövlətin Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsindən (yaşamaq hüququ) irəli gələn pozitiv öhdəliklərindən biri də öz yurisdiksiyası altında olan hər kəsin yaşamaq hüququnu qorumaq üçün effektiv qanunvericilik və inzibati tədbirlər görməkdir. Sərxoş vəziyyətdə nəqliyyat vasitələrinin idarə edilməsinə qarşı sərt və qaçılmaz məsuliyyət tədbirlərinin müəyyən edilməsi və tətbiqi məhz bu pozitiv öhdəliyin yerinə yetirilməsinin vacib elementidir. Bütün bu sübutların və hüquqi arqumentlərin məcmusunu qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün elementləri – obyekt, obyektiv cəhət, subyekt, və subyektiv cəhət tam sübuta yetirilmişdir. İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 32-ci maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirilən hallar müəyyən edilməmişdir. İXM-nin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə İXM-nin 9.1-ci maddəsində təsbit olunmuş ədalətlilik prinsipini rəhbər tutaraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 43, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-nin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 5 saylı Lənkəran rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fidan Qasımlı
Məhkəmə qərarları › İş №3(5-145)-503/2026
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-503/2026
18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver