Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(5-145)-514/2026 13.03.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Masallı rayonu Qızılavar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, subay, orta təhsilli, Masallı rayonu Qızılavar kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2026-cı il tarixdə Zərərçəkmiş şəxs vuraraq ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, hadisədən bir gün öncə axşam saatlarında onu yaşadığı evi həyətinə kamaz markalı maşınla daş gətirildiyi zaman o, evə olmamışdır. Evdən ona zəng olunmuşdur ki, səs-küydü. Oda evə gəlmişdir. Gəldikdən sonra görmüşdür ki, sürücü ilə yolda keçməklə bağlı mübahisə olmuşdur. Səhəri gün bibisi oğlu ilə birlikdə axşam olanlarla bağlı qonşuluqda yaşayan zərərçəkmişin həyətinə getmişlər. Həyətdə onları Əlvan Novruzov qarşılamış və onunla danışan zaman Əlvan Novruzov onu söyərək təhqir etmiş və bir dəfə sillə ilə onu vurmuşdur. Lakin o, heç bir şey etməyib müəyyən məsələləri gözünün qarşısına gətirərək özünü toparlamışdır. Navesin altından çıxanda Əlvan Novruzov ağac götürüb bir neçə dəfə qolundan vurmuşdur. Oda yerindəcə durub vurda demişdir. Çünki zərbələrdən ona bir şey olmamışdır. Birdən gözünə onların evlərinə quraşdırılmış müşahidə kamerası sataşmışdır. O, dəfələrlə həmin kamera görüntülərini tələb etmişdir, göstərilməmişdir. Əlvan onu söyüb təhqir edərək həyətindən çıxarmışdır. Oda yaşadığı evə getmişdir. Əlvan onu vuran zaman həyat yoldaşı Balabəyim xanımda gəlmişdir. Həmin vaxt Balabəyimdə ona qarşı əl-qol atmış, onu cırmaqlamışdır. Nə xanımı nədəki yoldaşını vurmaq niyyəti ilə onların həyətinə getməmişdir, heç birinidə vurmamışdır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, hadisə zaman o, evdə olmuşdur. Səs-küy gəldiyini eşidib çıxmışdır. Həyat yoldaşı ilə Elvinin mübahisə etdiyini görmüşdür. Həyat yoldaşı şəkər xəstəsidir. Yoldaşının əsəbləşdiyini görüb onların yanına getmiş və onların aralarına girib onları ayırmağa başlamış və Elvinə həyətdən çıx demişdir. Elvin isə onun qollarından tutaraq onu möhkəm silkələyib itələmişdir. Bundan sonra o, arxaya çəkilmiş və Elvinlə gələn oğlan Elvini oradan aparmışdır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahat verərək bildirdi ki, Şəxs dayısı oğludur, Əlvan Novruzov isə qonşusudur. Onlarla münasibəti yaxşı olmuşdur. Hadisədən bir gün öncə Elvin gilin həyətinə gəlmiş maşınla bağlı baş vermiş mübahisə ilə əlaqədar Elvinlə birlikdə Əlvan Novruzovun həyətinə getmişlər ki, sülh etsinlər qeyd olunmuş hadisə baş vermişdir. Əlvan əminin həyətinə gəldikdən sonra gecə baş verənlərin səhv olduğunu bildirmişlər. Əlvan Novruzov həmin vaxt əsəbi olmuş, gecə baş verənlər onu əsəbləşdirmişdir. X1 Şəxsla əlbəyaxa olmuşdur. Elvinin xanımı vurduğunu görməmişdir. Davanı ayırmaq məqsədi ilə üzü Əlvana tərəf olduğundan arxada nə baş verdiyini görməmişdir. Elvinində xanımı vurduğunu görməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2026-ci il tarixli, 98 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs sağ və sol bazu nahiyəsinin qançırları müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 04 fevral 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş xx.xx.2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in sahə rəisi Yasin Kazımov tərəfindən 13 mart 2026-cı il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Təqdim olunmuş sənədlərdən görünür ki, Masallı Rayon Polis şöbəsi X6 tərəfindən tərtib olunmuş protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verilmişdir. Məhkəmə belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Masallı Rayon Polis şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 100, 110, 114 və 115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Masallı Rayon Polis şöbəsi X2ytarılsın. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(5-145)-514/2026
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(5-145)-514/2026
13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver