Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-516/2026 13.03.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cu ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, orta təhsilli, Masallı rayonu Qızılavar kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2026-cı il tarixdə Qızılavar kəndində ağacla Zərərçəkmiş şəxs sağ bazu və sol bud nahiyəsindən vuraraq ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2026-cı il tarixdə qudası onlara qonaq gəlmiş və 22:30 radələrində qudası evinə gedərkən onu yola salmış, özü isə həyətdə cücələrə baxmağa getmişdir. Təxminən 1 dəqiqə sonra siqnal səsləri eşitmişdir və həmin siqnal səsi qohumuna aid məşından gəlmişdir. Oda həmin istiqamətə getmişdir. Bir qədər gedəndən sonra hay-küy gəldiyini geşitmişdir. Həmin vaxt Elvin gilin həyətinə Kamaz markalı avtomaşınla daş gətirildiyini və kamazın Elvin gilin həyətində olduğunu görmüşdür. Lakin Kamazı idarə edən şəxsin oğlu isə Mercedes markalı maşınla yolu kəsmişdir. Həmin vaxt orada 4 dəfər şəxs olmuşdur. Kamaz markalı maşını idarə edən şəxs Valeh İbadov onun qohumunu söyərək təhqir etmişdir. Sonra o, həmin şəxsləri sakitləşdirməyə çalışmış, lakin mümkün olmamışdır. Daha sonra o qohumunu yola salmış və həmin şəxslərə iradını bildirmişdir. Həmin günədək Elvin gillə hər hansı bir narazılığı, problemi olmamışdır. Növbəti gün xx.xx.2026-cı il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs Natiq Ağayevlə birlikdə onun yaşadığı evinin həyətinə gəlmişlər. Natiq həmin vaxt ondan üzr istəmiş, Elvin isə onunla mübahisə etməyə başlamışdır. Oda onlarla həyətdən çıxmalarını, yolu onun çəkdiyini bildirmişdir. İstər-istəməz bir-birilərinə əl-qol atmışlar. Daha sonra qoyunları sürmək üçün istifadə etdiyi çubuqla Elvinin ayağına vurmuşdur. Sonra həyat yoldaşı gəlmişdir və Elvin yoldaşına hücum etmişdir, yoldaşının qollarından tutaraq itələmişdir. Natiq isə onun qarşısında qalaraq “Əlvan əmi eləmə” demişdir. Daha sonra Elvin nalayiq ifadələr işlətmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, xx.xx.2026-cı il tarixdə qohumu Natiq Ağayevlə birlikdə Şəxs yaşadığı evin həyətinə getmişlər ki, ötən gecə olanlara aydınlıq gətib üzürxahlıq etsinlər. Natiq bir səhv olduğunu bildirmiş, oda “nəsədə olub keçib” demişdir. Əlvan ona bir neçə dəfə “siz gəlməsiz, qaçqınsız” demişdir. Oda Əlvanın cavabını vermişdir. Beləcə aralarında mübahisə yaranmış və Əlvan ona bir dəfə sillə vurmuşdur. Daha sonra qoyunotaran ağacla onu vurmuşdur. Silləni vurandan sonra kənara çıkilmiş və Əlvanın həyətində müşahidə kameraları olduğunu görmüşdür. Kənara çəkildikdən Əlvan ona qıcıqlandırıcı və əxlaqsız sözlər demişdir. Ağacla ayağından vurmuşdur, başına vurmaq istəyərkən o, əlini qaldırmış ağac onun əlinə dəymişdir. Daha sonra Natiq araya girmiş və o, həyətdən çıxıb getmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 93 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs sağ bazu və sol bud nahiyyəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 04 fevral 2026-cı il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş xx.xx.2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in sahə rəisi Yasin Kazımov tərəfindən 13 mart 2026-cı il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokol, ekspert rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsində göstərilir ki, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, yaşını, törətdiyi inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh növündə cərimə edilməsini məqsədə və qanuna müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(5-145)-516/2026
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-516/2026
13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver