Məhkəmə qərarları › İş №3(5-145)-521/2026

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-521/2026

31.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Masallı rayonu İş № 3(5-145)-521/2026 31.03.2026 MASALLI RAYON MƏHKƏMƏSI Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə ## ####### 1978-ci il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Mollaoba kəndində qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Masallı rayon Polis şöbəsinin Boradigah polis bölməsindən daxil olmuş inzibati xəta haqqında işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, ## #### 2026-cı il tarixli protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixdə müvafiq icra hakimiyyətinin icazəsi olmadan “Xarici” markalı, 12 kalibrli, qoşa lüləli ****** nömrəli ov tüfəngini saxlanma qaydasını pozmuşdur. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərmişdir ki, Almaniya istehsalı olan ov tüfəngi vəfat etmiş babasından ona qalmışdır. Həmin silah nəsildən nəsilə gəlib ona çıxmış və əmisi ona silahı sənədləşdirib özündə saxlamaq üçün vəsiyyət etmişdir. Özü fermer təsərrüfatı ilə məşğul olduğu üçün vəhşi heyvanların hücumundan müdafiə olunmaqdan ötəri silahı özü ilə gəzdirmişdir. Ov tüfənginin sənədi olmadığından sənədləşdirilərək ona verilməsini məhkəmədən xahiş etmişdir. Masallı rayon Polis şöbəsinin Boradigah polis bölməsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatından görünür ki, yuxarıda göstərilən ünvanda yaşayır, vəfat etmiş babasından ona miras qalmış, xarici markalı 12 kalibrli qoşa-lüləli ****** nömrəli ov tüfənginin heç bir müvafiq sənədi yoxdur. Onda və ondan qabaq olduqu müddət ərzində onunla hər hansı cinayət və cinayət xarakterli və inzibati xəta törədilməmişdir. O, yuxarıda qeyd etdiyi ov tüfənginin Kriminalitsik təhdiqatlar idarəsindən yəni güllə və ballistik nümünələrinin götürülməsinə heç bir etirazı yoxdur, o sənədi və qeydiyyatsız olan ov tüfəngini onun adına qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir. - Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı Zaur Zeynalov tərəfindən tərtib edilmiş RPŞnin ov silahlarının qeydiyyatı kitabına baxış keçirilməsi barədə ## ###### 2026-cı il tarixli protokoldan görünür ki, vətəndaşların ov silahının qeydiyyatı kitabına baxış keçirilərkən Masallı rayonu, Mollaoba kənd sakini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adına və ailə üzvlərinin adına ov silahının qeydə alınmadığı müəyyən edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin ## #### 2026-cı il tarixli məktubundan görünür ki, ****** nömrəli silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN BƏSİİ-də məlumat yoxdur. - Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı Zaur Zeynalov tərəfindən qəbul edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## #### 2026-cı il tarixli qərardadn görünür ki, cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində isə Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddələrinin tərkibi olduğu üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati qaydada məsuliyyətə cəld edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. 01 ədəd “Xarici” markalı, 12 kalibrli, qoşa lüləli, ****** nömrəli ov tüfəngi saxlanılmasından ötrü Masallı RPŞ-nin aidiyyəti xidmətinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilk dəfə inzibati xəta törətməsini və əməlini etiraf etməsini Azərbaycan Respublikası İXMnin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, törədilmiş inzibati xətanın xarakterini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsində alət olmuş predmet - 1 ədəd “Xarici” markalı, 12 kalibrli, qoşa lüləli, ****** nömrəli ov tüfəngi İXM-nin 77.3-cü maddəsinin tələbinə əsasən müsadirə edilməklə aşağı həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115- 117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati xətanın törədilməsində alət olmuş predmet - 1 ədəd “Xarici” markalı, 12 kalibrli, qoşa lüləli, ****** nömrəli ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar