Azərbaycan Respublikası adından Qərar Masallı rayonu İş № 3(5-145)-527/2026 31.03.2026 MASALLI RAYON MƏHKƏMƏSI Hakim Qasımlı Fidan Lətif qızının sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-nin) 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis Şöbəsinin vəzifəli şəxsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnın barəsində İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında ##.##.2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş, materiallar ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında işdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixli, EQ seriyalı ******** nömrəli protokola əsasən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, buna görə barəsində 40 manat cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Sözügedən qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən olunmuş əsaslar olmadan icra etmədiyinə görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnın barəsində İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ##.##.2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bu hərəkəti ilə İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi ünvanlanmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və səlahiyyətli orqanın nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “ASAN Ödəniş” sistemindən olan çıxarışdan görünür ki, EQ seriyalı ******** nömrəli inzibati xəta haqqında protokola əsasən cərimə və dəbbə pulu dövlət büdcəsinə ödənilmişdir. İXM-nin 529-cu maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 529.1-ci və ya 529.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xəta haqqında protokol üzrə tətbiq edilmiş cəriməni və dəbbə pulunu (EQ seriyalı ******** nömrəli inzibati xəta haqqında protokol) ödədiyinə görə İXM-nin 529-cu maddəsinin qeyd hissəsinə əsasən İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 43, 130-cu maddələrini və 529-cu maddəsinin qeyd hissəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: İnzibati xəta törətmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xəta haqqında protokol üzrə tətbiq edilmiş cəriməni və dəbbə pulunu (EQ seriyalı ******** nömrəli inzibati xəta haqqında protokol) ödədiyinə görə İXM-nin 529-cu maddəsinin qeyd hissəsinə əsasən İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fidan Qasımlı
Məhkəmə qərarları › İş №3(5-145)-527/2026
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-527/2026
31.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver