Məhkəmə qərarları › İş №3(5-145)-564/2026

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-564/2026

19.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-564/2026 19.03.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1986-cı il tarixdə Masallı rayonu, Sığdaş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Sığdaş kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 19 mart 2026-cı il tarixli inzibati xəta haqqında protokola əsasən Əliyev X2 Rayon Məhkəməsinin 2(050)-1792/2020 nömrəli, 23 noyabr 2020-ci il tarixli və 8(050)-387/2025 nömrəli, 30 sentyabr 2025-ci il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X6 izahatında bildirdi ki, cavabdeh Şəxs Masallı Rayon Məhkəməsinin 2(050)-1792/2020 nömrəli qətnaməsi ilə 31 avqust 2016-cı il təvəllüdlü X4, 17 oktyabr 2017-ci il təvəllüdlü X1 və 20 noyabr 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması hər ay bir uşaq üçün 100 manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. 26 noyabr 2020-ci il tarixdə İcraata başlama haqqında qərar qəbul olunmuş, qərar ilə bildiriş borclu tərəfindən qəbul edilmişdir. Masallı Rayon Məhkəməsinin 8(050)-387/2025 nömrəli, 30 sentyabr 2025-ci il tarixli icra sənədinə əsasən Masallı Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2(050)-1792/2020 saylı qətnaməsi ilə Şəxs 31 avqust 2016-cı il təvəllüdlü X4, 17 oktyabr 2017-ci il təvəllüdlü X1 və 20 noyabr 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün tutulan 100 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində indeksasiya olunmuşdur. 06 noyabr 2025-ci il tarixdə İcraata başlama haqqında qərar qəbul olunmuş, qərar ilə bildiriş borclu tərəfindən 20 noyabr 2025-ci il tarixdə qəbul edilmişdir. 13 fevral 2026-cı il tarixdə borclunun barəsində axtarış elan olunmuş və axtarış nəticəsində tutulmuşdur. Borclunun icra sənədi üzrə borcu cəmi 3950 manat təşkil edir. Borclu öz hərəkətləri ilə icra sənədlərindəki tələbləri üzrsüz səbəbdən icra etmədiyindən barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, fəhləliklə məşğul olur. Mehdi adlı uşaq, o cümlədən atası və anası onun himayəsindədir. Buna baxmayaraq hər ay mütəmadi olaraq 200 manat aliment ödəyir. Yalnız mart ayında 160 manat ödəniş etmişdir. Məhkəmə tərəfindən vaxt veriləcəyi halda aprel ayının 2-nə kimi 500 manat ödəyə bilər. Məhkəmədən cərimə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, borclu hər ay 150-200 manat arası aliment ödəyir. Borcluya 2000 manat ödəniş edəcəyi təqdirdə qalan 2000 manat borcdan imtina edəcəyini təklif etmişdir. Lakin borclu buna razı olmamışdır. Qeyd olunanlara əsasən Şəxs həbs olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər sübutlarla tam sübuta yetirilir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Masallı Rayon Məhkəməsinin 2(050)-1792/2020 nömrəli, 23 noyabr 2020-ci il tarixli icra vərəqəsindən görünür ki, 31 avqust 2016-cı il təvəllüdlü X4, 17 oktyabr 2017-ci il təvəllüdlü X1 və 20 noyabr 2018-ci il tıəvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması hər ay bir uşaq üçün 100 manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 26 noyabr 2020-ci il tarixli qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1792/2020 nömrəli, 23 noyabr 2020-ci il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun tələbin könüllü icrası haqqında 26 noyabr 2020-ci il tarixli bildirişindən görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1792/2020 nömrəli, 23 noyabr 2020-ci il tarixli icra sənədi üzrə tələbin borclu Şəxs könüllü qaydada icrası tələb olunmuş, bildiriş borclunun qeydiyyatda olduğu ünvanına göndərilmişdir. - Masallı Rayon Məhkəməsinin 8(050)-387/2025 nömrəli, 30 sentyabr 2025-ci il tarixli icra vərəqəsindən görünür ki, Masallı Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2(050)-1792/2020 saylı qətnaməsi ilə Şəxs 31 avqust 2016-cı il təvəllüdlü X4, 17 oktyabr 2017-ci il təvəllüdlü X1 və 20 noyabr 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün tutulan 100 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində indeksasiya olunmuşdur. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 06 noyabr 2025-ci il tarixli qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin 8(050)-387/2025 nömrəli, 30 sentyabr 2025-ci il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun tələbin könüllü icrası haqqında 06 noyabr 2025-ci il tarixli bildirişindən görünür ki, Masallı Rayon Məhkəməsinin 8(050)-387/2025 nömrəli, 30 sentyabr 2025-ci il tarixli icra sənədi üzrə tələbin borclu Şəxs könüllü qaydada icrası tələb olunmuş, borclu bildirişi 20 noyabr 2025-ci il tarixdə qəbul etmişdir. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun borclunun axtarışı haqqında 13 fevral 2026-cı il tarixli qərarından görünür ki, borclu Şəxs barəsində axtarış elan olunmuşdur. - Şəxs 19 mart 2026-cı il tarixli izahatından görünür ki, 2(050)-1792/2020 nömrəli, 23 noyabr 2020-ci il tarixli icra sənədi barədə xəbəri vardır, imkanı olmadığı üçün ödəyə bilmir. Bugün 200 manat ödəniş edə bilər. Bununla əlaqədar əvvəl inzibati sonra cinayət məsuliyyətinə cəlb olunacağı barədə ona məlumat verilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında Şəxs göstərilən qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs hər ay mütəmadi olaraq tam olmasa da, ödəniş etməsini, 31 avqust 2016-cı il təvəllüdlü X4 faktiki olaraq onun himayəsində yaşamasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən və məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq, İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiqini kifayət və məqsədə müvafiq hesab edir. Eyni zamanda Şəxs izah olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən barəsində inzibati tənbehin tətbiq edilməsi onu həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməkdə təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar