Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(5-145)-6/2026 07.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi X2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi üzrə tərtib olunmuş 11 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: Şəxs MMC barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin baş DVM-i, İ dərəcəli müfəttiş X4 və 6 saylı Ərazi Vergilər Baş İdarəsinin DVM-i, İİİ dərəcəli müfəttiş X1 Emin Vüqar oğlu tərəfindən 11 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 398-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş, material 06 yanvar 2026cı il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol nəzərdən keçirilərkən müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə Masallı şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən Şəxs MMC-yə (VÖEN: **********) məxsus “İlk Addım” uşaq bağçasında müvafiq lisenziya və icazə olmadan uşaq bağçasının fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materialları öyərnilərkən müəyyən edilmişdir ki, Şəxs MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında material icraata götürülmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi üzrə tərtib olunmuş 11 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər əvvəllər də baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Masallı Rayon Məhkəməsinin 19 dekabr 2025-ci il tarixli 3(050)-2498/2025 nömrəli qərarına əsasən Şəxs MMC barəsində 11 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə təqsirli bilinərək sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə-inzibati xəta nəticəsində vurulmuş 1500 manat ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında, yəni 3000 (üç min) manat cərimə edilmiş, qərarın surəti tərəflərə rəsmi olaraq göndəilmişdir. Buna baxmayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Şəxs MMC-nin eyni fakt üzrə inzibati xətanı törəməsi barədə 11 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol təkrarən baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC barəsində eyni fakt üzrə törədilmiş inzibati xətaya görə Masallı Rayon Məhkəməsində işə baxılaraq həmin hüquqi şəxsin törətdiyi inzibati xətaya görə (11 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol üzrə) barəsində cərimə inzinbti tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar olduğundan həmin işə təkrarən məhkəmədə baxıla bilməz. Qeyd edilən səbəblərdən Şəxs MMC barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53.1.7 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. X7
Məhkəmə qərarları › İş №3(5-145)-6/2026
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(5-145)-6/2026
07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver