Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-64/2026 19.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımlı Fidan Lətif qızının sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1981-ci ildə Masallı rayonu, Ərəb kəndi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Ərəb kəndi kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə audio və video çəkiliş vasitəsi ilə aparılan açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-810/2024 nömrəli icra sənədinin icrasını tam təmin etməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İşin halları və tərəflərin izahatları: İcra məmuru X8 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-810/2024 nömrəli icra sənədi xx.xx.2024-cü il tarixdə Masallı Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə icraata başlanılması haqqında qərar qəbul edilmiş və həmin tarixdə tələbin könüllü icrası haqqında borclu Şəxs bildiriş ünvanlanmışdır. xx.xx.2024-cü il tarixli, 2(050)-810/2024 saylı icra sənədinə əsasən borclu Şəxs iki uşağa görə hər ay 340 manat sabit pul məbləğində alimenti X1 ödənilməlidir. Borclu Şəxs aliment borcundan hər ay mütəmadi müəyyən qədər ödənişlər etməklə tələbkara indiyədək ümumilikdə 3800 manat aliment ödəmişdir. Lakin Şəxs icra sənədi üzrə borcundan ödənişlər etməsinə baxmayaraq, ödənişləri tam şəkildə icra etmədiyindən, hazırda icra sənədi üzrə 3000 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Borclunun əmlak vəziyəti və gəlirlərinin yoxlanılması ilə bağlı sorğular göndərilmiş, adına heç bir daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Şəxs sonuncu dəfə aliment borcundan 2025-ci ilin dekabr ayında 251 manat ödəniş etmişdir. Borclu Şəxs icra sənədi üzrə borcundan tam şəkildə ödənişlər etməməsi və icra sənədi üzrə qalıq 3000 manat borcunun yaranması səbəbindən tələbkar dəfələrlə yuxarı instansiyalara müraciət edərək aliment borcunun tam şəkildə ödənilməsini tələb etmişdir. Borclu Şəxs icra və probasiya şöbəsinə dəvət edilərək icra sənədi üzrə yaranmış 3000 manat qalıq aliment borcunun ödənilməsi tələb edilmişdir. Borclu Şəxs hazırda qalıq aliment borcunu tam şəkildə ödəmək iqtidarında olmadığını bildirmiş, lakin hazırda 200 manat ödəniş edə biləcəyini bildirmişdir. Tələbkarın bu barədə münasibəti öyərnilərkən, o, qalıq 3000 manat laiment borcunun tam şəkildə tam etdiyini bildirmişdir. Bu səbəbdən Şəxs barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)- 810/2024 saylı icra sənədindən məlumatlıdır. Heç bir yerdə rəsmi işləmədiyindən icra sənədi üzrə hər ay ödəməli olan 340 manat aliment pulunu tam şəkildə ödəyə bilməmişdir. Buna baxmayaraq icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdır. Belə ki, aliment borcundan hər ay mütəmadi 220-250 manat məbləğində tələbkarın xeyrinə ödənişlər etmişdir. Sonuncu dəfə aliment borcundan 2025-ci ilin dekabr ayında 251 manat ödəniş etmişdir. Hazırda icra sənədi üzrə qalıq 3000 manat aliment borcunun yaranmasına baxmayaraq həmin borclu birdəfəlik ödəmək üçün maddi imkanı yoxdur. Belə ki, ikinci dəfə ailə həyat qurmuş, ikinci nikahdan hazırda iki azyaşlı uşağı vardır. Bundan başqa anası xəstə olduğundan gündəlik fərdi əməklə məşğul olaraq ailəsinin tələbatını çətinliklə ödəyir. İcra sənədi üzrə qalıq 3000 manat aliment borcunu ödəməkdən yayınmaq fikri yoxdur. Hazırda heç bir yerdə işləmədiyindən icra sənədinin icrasını tam təmin etmək iqtidarında deyildir. İcra sənədinin icrasından yayınmaq niyyəti yoxdur, maddi imkanı olmadığından borcunu tam şəkildə ödəyə bilməmişdir. Ailədə yeganə qazanc gətirən şəxsdir, lakin ailəsinin təminatını ödəməyə çətinlik çəkir. Hazırda icra sənədi üzrə borcunu tam şəkildə ödəyə bilməsə də, ona vaxt veriləcəyi təqdirdə borc məbləğindən tələbkara 200 manat ödəyə bilər, günün sonunadək isə 100 manat ödəcəyinə söz verir. Bundan sonrakı aliment borcunu isə hər ay ödəməli olan 340 manat aliment məbləğindən əlavə 30-40 manat qalıq borcundan mütəmadi ödəyəcəyini söz verir. Barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinə razı deyildir. Sonda Şəxs məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. X1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, onunla telefon əlaqəsi saxlanılmaqla inzibati xəta haqqında işə münasibəti aydınlaşdırılmış, tələbkar bildirmişdir ki, borclu hər ay borcundan müəyyən qisimdə ödənişlər etsə də icra sənədi üzrə 3000 manat ödənilməmiş aliment borcu yaranmışdır. İcra sənədi üzrə, borcunu tam şəkildə tələb edir. Ödənilmədiyi təqdirdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tədbirlər görülməsini xahiş edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-810/2024 nömrəli icra sənədindən görünür ki, cavabdeh Şəxs Masallı Rayon Məhkəməsinin 08 fevral 2019-cu il tarixli, 2(050)-100/2019 nömrəli qətnaməsi ilə 15 iyul 2009-cu il təvəllüdlü X3 və 15 iyun 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxalanılması üçün müəyyən edilmiş miqdarı artırılaraq hər ay hər bir uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat müəyyən edilərək X5 verilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-810/2024 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası barədə xx.xx.2024-cü bildirişindən görünür ki, Masallı rayon İcra və probasiya şöbəsinin sabiq icra məmuru Bəhruz İbayev tərəfindən borclu Şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-810/2024 nömrəli icra sənədi üzrə tələbin könüllü icrası üçün bildiriş borclu şəxsə təqdim edilmiş, borclu həmin bildirişi almasını ilə bağlı qeydlər apararaq imzalamışdır. İcra məmuru tərəfindən məhkəməyə təqdim edilən ödəniş qəbzlərindən görünür ki, borclu Şəxs tərəfindən tələbkar X4 bank hesabına xx.xx.2024-cü il tarixli, 2(050)- 810/2024 nömrəli icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə 251 manat, xx.xx.2026-cı il tarixdə 200 manat ödənişlər etmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, o cümlədən icra məmurunun verdiyi izahatdan məlum olmuşdur ki, borclu Şəxs icra sənədi üzrə aliment borcundan hər ay müəyyən məbləğlərdə ödənişlər etmiş, sonuncu dəfə borcundan 2025-ci ilin dekabr ayınının 15-i tarixində cəmi 251 manat, xx.xx.2026-cı il tarixdə 200 manat ödəniş etmiş, ödəniş barədə qəbzlərin fotoşəkillərini icra məmuru məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında tələbkarla aparılan telefon danışığı zamanı inzibati xəta haqqında işə münasibəti aydınlaşdırılarkən borclu tərəfindən mütəmadi ödənişlər edilməsini etiraf etmiş, hazırda borclunun ödənilməmiş 3000 manat aliment borcunun qaldığını bildirmişdir. Həmin borcun tam şəkildə ödənilməsini tələb etmiş, icra sənədi üzrə borclu hər ay əsas borcla yanaşı qalıq aliment borcunu tələbkara ödəyəci barədə öhdəlik götürmüşdür. İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Göründüyü kimi qeyd edilən maddənin məzmununa əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə Şəxs borcundan hər ay müəyyən məbləğlərdə ödənişlər etməsini, hazırda da qalıq aliment borcunu hər ay hissə-hissə ödəmək fikrində olduğunu nəzərə alaraq hesab edir ki, onun icra sənədinin icrasından qəsdən boyun qaçırmaq niyyəti olmadığından borclu Şəxs əməlində İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yaranmamışdır. İXM-in 3-cü maddəsin əəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXm-in 8.1-8.3-cü maddələrinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan Şəxs əməlində İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fidan Qasımlı
Məhkəmə qərarları › İş №3(5-145)-64/2026
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-64/2026
19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver