Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-75/2026 21.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1975-ci il tarixdə Masallı rayonu, Hişkədərə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Masallı rayonu, Hişkədərə kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 21 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokola əsasən Əsgərov X5 Rayon Məhkəməsinin 2(050)-789/2015 nömrəli, 26 iyun 2015-ci il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X4 izahatında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-789/2015 nömrəli, 26 iyun 2015-ci il tarixli icra sənədinə əsasən 40 qram çəkidə 750 əyyarlı 2000 manat dəyərində kolye dəsti, bir ədəd 8 qram çəkidə 750 əyyarlı 500 manat dəyərində brilyant qaşlı nişan üzüyü, bir ədəd 20 qram çəkidə 600 manat dəyərində qızıl qol saatı, bir ədəd 3 qram çəkidə 100 manat dəyərində üzük, bir ədəd dəyəri 150 manat olan 5 qram çəkidə üzük, bir ədəd 4 qram çəkidə 583 əyyarlı 150 manat dəyərində üzük, ümumillikdə 3500 manat (üç min beş yüz) manat dəyərində qızıl əşyalarının özləri və ya onların cəmi dəyəri Şəxs alınaraq X1 verilməlidir. İcraata başlama haqqında qərar ilə bildiriş borclu Şəxs tərəfindən 22 oktyabr 2025-ci il tarixdə qəbul edilmişdir. Borclunun icra sənədi üzrə borcu cəmi 3500 manat təşkil edir, həmin icra sənədi üzrə bu günədək hər-hansı ödəniş etməmişdir. Borclu öz hərəkətləri ilə icra sənədlərindəki tələbləri üzrsüz səbəbdən icra etmədiyindən barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, 12 yanvar 2026-cı il tarixdə tələbkar ondan 20 manat pul istədiyi üçün ona 20 manat pul vermişdir. Lakin həmin pulun qızılın pulu olmasını deməmişdir. O, ikinci dəfə aikə qurmuş və 10 yaşında bir uşağı vardır. Arvadı işləyir və 400 manat əmək haqqı alır. Özü isə qardaşı usta olduğundan ona köməklik edir və ayda 250-400 manat gəlir əldə edir ki, həmin puldan da, 250 manatı Bakı şəhərində yaşadığı evin kirayə haqqını ödəyir. elə olur iş olmur və gəlir əldə edə bilmir. Ona 5-10 gün vaxt verilsə 400 manat, sonra isə hər ay 100 manat ödəniş edə bilər. Lakin tələbkar hissə-hissə ödəməsi ilə razı deyildir. Cərimə olunacağı təqdirdə ödəniş etməsi mümkün olmayacaqdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər sübutlarla tam sübuta yetirilir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Masallı Rayon Məhkəməsinin 2(050)-789/2015 nömrəli, 26 iyun 2015-ci il tarixli icra vərəqəsindən görünür ki, 40 qram çəkidə 750 əyyarlı 2000 manat dəyərində kolye dəsti, bir ədəd 8 qram çəkidə 750 əyyarlı 500 manat dəyərində brilyant qaşlı nişan üzüyü, bir ədəd 20 qram çəkidə 600 manat dəyərində qızıl qol saatı, bir ədəd 3 qram çəkidə 100 manat dəyərində üzük, bir ədəd dəyəri 150 manat olan 5 qram çəkidə üzük, bir ədəd 4 qram çəkidə 583 əyyarlı 150 manat dəyərində üzük ümumillikdə 3500 manat (üç min beş yüz) manat dəyərində qızıl əşyalarının özləri və ya onların cəmi dəyəri Şəxs alınaraq X1 verilməlidir. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 12 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-789/2015 nömrəli, 26 iyun 2015-ci il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun tələbin könüllü icrası haqqında 12 sentyabr 2025-ci il tarixli bildirişindən görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-789/2015 nömrəli, 26 iyun 2015-ci il tarixli icra sənədi üzrə tələbin borclu Şəxs könüllü qaydada icrası tələb olunmuş, bildiriş borclunun qeydiyyatda olduğu ünvanına göndərilmişdir. - Şəxs 22 oktyabr 2025-ci il tarixli izahatından görünür ki, 2(050)-789/2015 nömrəli, 11 sentyabr 2025-ci il tarixli icra sənədi barədə xəbəri vardır, imkanı olmadığı üçün ödəyə bilmir. Bununla əlaqədar əvvəl inzibati sonra cinayət məsuliyyətinə cəlb olunacağı barədə ona məlumat verilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında Şəxs göstərilən qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən və İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, yəni onun hazırda tələbkara olan borcundan ödəniş aparmaq niyyətində olmadığını, hazırda özünün də, bildirdiyi kimi işləmədiyi üçün cərimə ödəmək iqtidarında olmadığını, maddi cəhətdən imkanı olacağı halda ödəniş aparacağını bildirməsini, yəni qeyd olunan icra sənədindəki tələbi üzürlü səbəb olmadan qərəzli olaraq icra etməməsini nəzərə alaraq, İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiqini kifayət və məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, şəxsin inzibati həbsinin başlanğıcı 21 yanvar 2026-cı il tarixdən, saat 15:55-dən hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Eyni zamanda Şəxs izah olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən barəsində inzibati tənbehin tətbiq edilməsi onu həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 21 yanvar 2026-cı il tarixdən, saat 15:55-dən hesablansın. Qərarın icrası Masalı rayon Polis şöbəsinə həvalə olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Masalı rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerində saxlanılsın. Qərar dərhal icra edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(5-145)-75/2026
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-75/2026
21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver