Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-79/2026 22.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımlı Fidan Lətif qızının sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1975-ci ildə Masallı rayonu, Miyənkü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu, Miyankü kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə Masallı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə video-audio yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş protokol və əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1311/2024 nömrəli icra sənədi Şəxs tərəfindən icra edilmədiyindən barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İşin halları və tərəflərin izahatları: İcra məmuru X9 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1311/2024 nömrəli icra sənədinə əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməlidir. Bundan başqa xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2001-ci il təvəllüdlü X4 müalicəsi ilə bağlı əlavə xərclərdə iştiraka görə Şəxs hər ay 50 manat pul tutularaq X1na verilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Masallı Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borcun könüllü şəkildə ödənilməsi ilə bağlı dəfələrlə Şəxs bildiriş göndərilməklə xəbərdarlıq edilmiş, lakin borclu icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Borclunun əmlak vəziyəti və gəlirlərinin yoxlanılması ilə bağlı sorğular göndərilmiş, adına heç bir daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Borclu əvvəllər icra sənədinin icrasından yayındığına görə, yəni icra sənədi üzrə yaranmış 1000 manat aliment borcunu qərəzli olaraq tələbkarın xeyrinə ödəmədiyinə görə barəsində İXM-nin 528.1-ci madəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(050)-1694/2024 nömrəli qərarına əsasən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 8 gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Eyni zamanda məhkəmənin xx.xx.2024-cü il tarixli, 8(050)-289/2024 nömrəli qərardadı ilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Barəsində bütün məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq borclu yenidən icra sənədinin icrasını təmin etməyərək onun icrasından yayınmağa davam etmişdir. Hazırda icra sənədi üzrə borclunun 3060 manat məbləğində ödənilməmiş aliment borcu qalmışdır. X1 isə dəfələrlə yuxarı instansiyalara müraciət edərək aliment borcunun ödənilməsini tələb etmişdir. İcra sənədi üzrə borclu tərəfindən hər ay ümumilikdə 200 manat aliment məbləğinin ödənilməsi tələb edilməsinə baxmayaraq o, həmin tələbi yerinə yetirməyərək iki aydan bir 100-150 manat məbləğində aliment ödənişləri etmiş, sonuncu dəfə 2025-ci ilin noyabr ayında 150 manat, 2026-cı ilin yanvar ayında isə cəmi 100 manat ödəniş etmişdir. Alimentin tam şəkildə ödənilməsi ilə bağlı dəfələrlə borclu rəsmi xəbərdarlıq ünvanlanmış, lakin Şəxs edilən bütün xəbərdarlıqlara baxmayaraq aliment borcunu ödəməkdən yayınmağa davam etmişdir. Borclu icra çağırışlarından yayındığına görə onun məcburi qaydada icra şöbəsinə gətirilməsi barədə qərar qəbul edilmiş, bu gün tutularaq icra və probasiya şöbəsinə gətirildikdən sonra barəsində protokol tərtib edilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)- 1311/2024 nömrəli icra sənədindən məlumatlıdır. İcra sənədi üzrə aliment borcundan 2024cü ildən başlayaraq 2025-ci ilin noyabr ayına qədər müəyyən aylar üzrə aliment ödənişləri etmiş olsa da, maddi imkanı olmadığından aliment borcunu tam şəkildə ödəyə bilməmişdir. Tələbkar isə aliment borcunu tam şəkildə tələb edərək ondan icra və probasiya şöbəsinə şikayətlər etdiyinə görə 2024-cü ildə icra məmuru X9 tərəfindən barəsində protokol tərtib edilərək məhkəməyə verilmiş, məhkəmənin qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə 08 gün müdətə inzibati qaydada tutulmuşdur. İmkanı çatdığı qədər aliment borcunu ödəməyə çalışır. 2025-ci ilin noyabr ayında 150 manat, 2026-cı ilin yanvar ayında isə 100 manat borcundan ödəmək imkanı olmuşdur. Hazırda hazırda heç bir yerdə işləmədiyindən, vərəm xəstə olduğundan icra sənədinin icrasını tam təmin etmək iqtidarında deyildir. Lakin ona vaxt verilərsə, ayın sonuna qədər aliment borcundan 200 manat ödəməyə çalışacaqdır. Bundan başqa tələbkar hazırda azyaşlı uşağın saxlanması üçün dövlət tərəfindən sosial müavinət almasına baxmayaraq ondan da aliment ödənilməsini tələb edir. Hazırda ödəniş etmək üçün maddi imkanının olmadığını, qalan aliment borcunu isə özünə iş yeri tapıb qazanc əldə etdikdən sonra ödəyə biləcəyini bildirmişdir. Sonda Şəxs məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, zərərçəkmiş şəxslə telefon əlaqəsi saxlanılmaqla inzibati xəta haqqında işə münasibəti aydınlaşdırılmışdır. Zərərçəkmiş şəxs işə onun iştirakı olmadan baxılmasını, icra sənədi üzrə, borclu tərəfindən tam şəkildə heç bir ödəniş edilmədiyini, borclunun işləməklə qazanc əldə etməsinə baxmayaraq aliment borcunu bilərəkdən gecikdirdiyini, sonuncu dəfə ona cəmi 100 manat aliment ödədiyini, həmin məbləğlə himayəsində olan xəstə və əlil uşağını saxlamağın mümkün olmadığını, bu səbəbdən aliment borcunu tələb etdiyini və ödənilmədiyi təqdirdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1311/2024 nömrəli icra sənədindən görünür ki, xx.xx.2024-cü il tarixdən başalayaraq xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay 150 (bir yüz əlli) manata sabit pul məbləğində aliment tutularaq X2 verilməlidir. Bundan başqa xx.xx.2024-cü il tarixdən başalayaraq X4 müalicəsi ilə bağlı əlavə xərclərdə iştiraka görə Şəxs hər ay 50 (əlli) manat pul tutularaq X1na verilməlidir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1311/2024 nömrəli icra sənədi üzrə Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Tələbin könüllü icrası barədə xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, icra məmuru X9 tərəfindən Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)- 1311/2024 nömrəli icra sənədində göstərilən tələbin könüllü icrası barədə borclu Şəxs bildiriş ünvanlanmışdır. Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 tərəfindən qəbul edilmiş borclunun axtarılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu xx.xx.1975-ci il təvəllüdlü, Masallı rayonu, Miyankü kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Borclu Şəxs Masallı Rayon İcra və Probasiya Şöbəsinə verdiyi xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli izahatlarının məzmunundan görünür ki, o, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1311/2024 nömrəli icra sənədində göstərilən tələbi, yəni aliment borcunu maddi imkanının olmaması və heç bir yerdə işlməməsi səbəbindən ödəmədiyi ilə əsaslandırmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(050)-1694/2024 nömrəli qərarından görünür ki, Əliyev X5 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)- 1311/2024 nömrəli icra sənədinin icrasını təmin etmədiyindən barəsində Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında İXM-in 528.1-ci maddəsi ilə 8 gün müddətə inzibati qaydada həbs edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(050)-289/2024 nömrəli qərardadından görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)- 2684/2022 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Hüquqi məsələlər: “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Qanunun 84.1-ci maddəsinin tələblərinə görə icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İXM-nin 528.1-ci maddəsinə əsasən maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarına əsasən İXM-nin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş üzrə sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1311/2024 nömrəli icra sənədinin icrasını təmin etməmişdir. İcra məmuru tərəfindən onun barəsində bütün mümkün olan məcburi icra tədbirləri görülmüşdür. Onun barəsində icra məmuru tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə məhkəməyə verilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 08 (səkkiz) gün müddətində inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində icraat aparılan şəxs Şəxs aliment borcunu ödəyə bilməməsini daimi işinin olmaması və maddi imkansızlığı ilə əsaslandırmağa çalışmışdır. Lakin məhkəmə bu dəlili üzrlü səbəb kimi qəbul etmir. Belə ki, şəxsin işlə təmin olunmaq üçün aktiv hərəkətlər etməməsi, aliment borcu üzrə ödənişlərinin müntəzəm xarakter daşımaması, barəsində əvvəllər inzibati tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq aliment borcunu tam ödəməməsi və ötən müddət ərzində borcun davamlı olaraq artması fonunda onun məhkəmə iclasında borcunu gələcəkdə ödəyəcəyi ilə bağlı verdiyi vədlərin inandırıcılığı şübhə altına düşür. Bütün bunlar onun aliment borcunun ödənilməsinə laqeyd yanaşmasını və məhkəmə qərarının icrasına kifayət qədər məsuliyyətlə yanaşmadığını göstərir. Qeyd edilənlərə əsasən demək olar ki, borclunun barəsində kifayət qədər qanuni tədbir görülməsinə baxmayaraq o, islah olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsinə laqeyd yanaşaraq keçən bu müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməməməklə qərəzlilik nümayiş etdirmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Beləliklə, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə yuxarıda qeyd edilənləri əsas götürərək Şəxs barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh növünün təyin edilməsini məqsədəuyğun hesab edir. Göstərilənlərə əsasən və İXM-nin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati həbs etmənin əvvəli 22 yanvar 2026-cı il tarixdən saat 18:50-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Əliyev X5 Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fidan Qasımlı
Məhkəmə qərarları › İş №3(5-145)-79/2026
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-79/2026
22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver