Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-94/2026 26.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 iştirakları ilə, xx.xx.1984-cü ildə Masallı rayonunda doğulmuş, Masallı rayonu Masallı qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 8(050)-187/2025 saylı, 29 may 2025-ci il tarixli icra sənədinə əsasən Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-3339/2023 saylı qətnaməsi ilə Şəxs tutulan 27 yanvar 2009-cu il təvəllüdlü X1 və 13 oktyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün nəzərdə tutulmuş 150 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində indeksasiya olunması müəyyən edilmişdir. Şəxs heç bir üzürlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 8(050)-187/2025 saylı, 29 may 2025-ci il tarixli icra sənədinə əsasən Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)- 3339/2023 saylı qətnaməsi ilə Şəxs tutulan 27 yanvar 2009-cu il təvəllüdlü X1 və 13 oktyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün nəzərdə tutulmuş 150 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində indeksqsiya olunması müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə icra sənədi icraata daxil olmuş, xx.xx.2025-ci il tarixdə icraata başlanılmışdır. Borclunun 988 manat aliment borcu olan zaman xx.xx.2025-ci il tarixdə barəsində inzibati xəta haqqında protokol verilmiş, həmin vaxt borclu 300 manat ödəniş etmiş Masallı Rayon Məhkəməsi inzibati xəta haqqında protokolun icraatına xitam vermişdir. Hal-hazırda borclunun 600 manat aliment borcu vardır. Vətəndaş hər ay ödənişlərini edir, yəni aylıq borcunu hər ay ödəyir. Sadəcə qalıq borcu vardır. Tələbkar isə şikayətçidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, hazırda ailəlidir və bu nikahdan övladı vardır. Kəsilmiş alimenti ödəməkdən imtina etmir, lakin heç bir yerdə işləmir, bu səbəbdən də yaranmış borcunu tam şəkildə ödəyə bilmir. Yaxın zamanlarda Mühafizə xidmətində işə başlayacaqdır, bununla bağlı sənədlərini hazırlayır. Dünən 350 manat ödəniş etmişdir. Bu gün 100 manat ödəniş etmişdir. Hazırda da yaranmış borcundan 150 manat ödəniş etmişdir. Tutulacağı təqdirdə işindən olacaqdır. Məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Materialda olan qəbzdən görünür ki, xx.xx.2026-cı il tarixdə F****N****N**** qızı, nömrəsi 416973******9387 olan karta 150 manat ödəmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(050)-2144/2025 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilmişdir. Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş inzibati qaydada cərimə edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(5-145)-94/2026
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-94/2026
26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver