Məhkəmə qərarları › İş №3(5-145)-95/2026

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-95/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-95/2026 05.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə, xx xxxxxx 2007-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Masallı rayonu, Bala Təklə kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio-video çəkiliş vasitəsi ilə açıq mıhkəmə iclasında baxaraq, müəyyənetdi: Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara əsasən Şəxs xx.xx.2026-cı il tarixdə, saat 12:00 radələrində “Mercedes Benz C 240” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Masallı şəhəri, Qarabağ küçəsində idarə edərəkən, 342.9-cu maddəsində tələblərini pozmuşdur. Bu barədə 22 yanvar 2026-cı il tarixli, İXP ******* saylı inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, oğlu Şəxs hazırda əsgərdir. 22 yanvar 2026-cı il tarixdə oğlu Şəxs “Mercedes Benz C 240” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən müxtəlif videolar çəkərək “Tik-Tok” sosial platformasında paylaşmışdır. Lakin videoda olan səs “Mercedes Benz C 240” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yox “Tik-Tok” sosial platformasına aiddir. Masallı Rayon Polis Şöbəsinin YPX-nin inspektorlarına həmin səsin avtomobilə aid olmamasını izah etsələr də, heç bir nəticəsi olmamışdır. Video görüntülərdən də görünür ki, oğlu Şəxs avtomobil idarə edərkən heç bir əlavə səs siqnallarından istifadə etməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq oğlu barəsində tərtib olunmuş protokola xitam verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, ona etibarnamə əsasında məxsus olan “Mercedes Benz C 240” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Masallı şəhəri, Qarabağ küçəsi ərazisində idarə edərkən Masallı Rayon Polis Şöbəsinin YPX-nin inspektorları tərəfindən saxlanılaraq idarə etdiyi avtomobildə əlavə səs siqnallarının olmasını bildirirək avtomobilin duracağa yerləşdiriləcəyini bildirmişlər. O, inspektora avtomobildə əlavə səs siqnallarının olmamasını bildirsə də, avtomobili Masallı RPŞ-nin duracağına yerləşdirdilər. Avtomobil duracağa yerləşdiriləndən sonra bildirdilər ki, avtomobili qardaşı Şəxs idarə etdiyi zaman əlavə səs siqnallarından istifadə olunmuşdur və “Tik-Tok” sosial platformasında paylaşılmışdır. Daha sonra ona bildirmişlər ki, onun barəsində yox qardaşı Şəxs barəsində inzibati protokol tərtib ediləcək. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli protokola əsasən, Şəxs İXM-nin 342.9-cü maddəsi ilə inzibati icraat açılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi Nümayəndə təqdim etdiyi hadisənin görüntülərini əks etdirən CD diskdən görünür ki, videogörüntünün orginalında Şəxs “Mercedes Benz C 240” minik markalı nəqliyyat vasitəsini “Azərbaycan müsiqisi” səsləndirərək idarə etmiş, lakin montaj edilmiş videogörüntüdə Tik-Tok” sosial platformasında əlavə səs siqnalları qoşaraq idarə etməsi müəyyən edilmişdir. 13 yanvar 2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz C 240” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı, **********5585 mühərrik nömrəli, WDB2020261A756191 ban nömrəli nəqliyyat vasitəsi X1 adınadır. 18 yanvar 2026-cı il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında verilmiş etibarnamədən görünür ki, “Mercedes Benz C 240” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı, **********5585 mühərrik nömrəli, WDB2020261A756191 ban nömrəli nəqliyyat vasitəsi X2 adına 1 il müddətinə verilib və xx.xx.2027-ci il saat 23:59-dək qüvvədədir. Lakin Şəxs adına heç bir etibarnamə yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsini və şahidi dinləyib, 22 yanvar 2026-cı il tarixli, İXP ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 75.0.6-cı maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar inzibti xəta haqqında iş üzrə sübut etməli olan haldır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törətdən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli oaln digər halları müyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqında protokolla, Bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 80.1.-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 80.2.-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Azərbaycan Respublikası İXM-in 53.1.1.-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, Masallı Rayon Polis Şöbəsinin səlahiyyətli şəxslərinin Şəxs barəsində gəldiyi nəticələr hazırkı işin faktiki hallarına uyğun deyil, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmir. Belə ki, Şəxs o halda inzibati məsuliyyətə cəlb oluna bilər ki, o, nəqliyyat vasitəsini idarə edərkən qəsdən əlavə səs siqnallarından istifadə etsin. Lakin hadisənin görüntülərini əks etdirən CD diskə baxış keçirilən zaman Şəxs “Azərbaycan müsiqisi” səsləndirərək idarə etmiş, Tik Tok platforması üzrindən olan videoda isə müsiqi səsi xüsusi səs siqnalına montaj olunmuşdur. Beləliklə reallıqda abasov Orxan Qılman oğlunun əlavə səs siqnallarından istifadə etdiyi halları müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 342.9-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, vətəndaş Şəxs hadisənin baş verməsində təqsiri müəyyən olunmur, ona görə də barəsində başlanılmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cü maddəsi ilə inzibati xəta üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cü maddəsi ilə başlanmış inzibati iş üzrə icraata Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar