Məhkəmə qərarları › İş №3(5-146)-130/2026

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(5-146)-130/2026

28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(5-146)-130/2026 28.01.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi ilə, Şəxs barəsində Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 529.3-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddələri ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında materiallar öyrənilərkən müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokol İXM-in 100.5-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. İXM-nin 100.5.4-cü maddəsinə əsasən nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Protokola baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs EQ 30278930 nömrəli protokol üzrə xx.xx.2025-ci il tarixində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra edilməmişdir. Həmin protokola əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP Web Portal çıxarışının surətinə əsasən isə Şəxs xx.xx.2025-ci il tarixdə EQ 30427593 nömrəli protokola əsasən inzibati cərimənin tətbiq olunması müəyyən olunmuşdur. Göründüyü kimi Şəxs barəsində Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 529.3-cü maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda bu xətanın mahiyyəti düzgün göstərilməmişdir. İXM-nin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi ilə bağlı məsələləri həll edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, bu halların protokolda göstərilməməsi, həmin protokolun natamamlığına dəlalət edir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsində qeyd edilmişdir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, hakim inzibati xəta haqqında protokolu və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarır. Məhkəmə hesab edir ki, qeyd olunan nöqsanların mövcudluğu şəraitində işə baxılması mümkün deyildir. Bu səbəbdən, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamam tərtib olunduğuna görə onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48–51, 114, 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXMin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Mingəçevir şəhər Polis Şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar