Məhkəmə qərarları › İş №3(5-146)-185/2026

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(5-146)-185/2026

10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(5-146)-185/2026 10.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs2 iştirakı ilə xx.xx.1994-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gədəbəy rayonu, Xarxar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Şəxs özünə məxsus “Vaz-21154” minik markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhəri, Ərəş küçəsi ilə Samux küçəsi istiqamətində hərəkət etdirərkən Şuşa küçəsi ilə hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Vaz-21099” minik markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri, Şuşa küçəsi ilə Ərəş küçəsinin kəsişməsində yerləşən yolayrıcında toqquşmuş, “Vaz-21154” minik markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olan X1 yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 11 radələrində **-BO-*** dövlət qeydiyyat nişanlı Vaz-21099 modelli avtomobil ilə Mingəçevir şəhərində, Şuşa küçəsi ilə Mingəçevir şəhər dövlət xəstəxanasına getmək üçün MDU-istiqamətində hərəkətdə olan zaman avtomobildə ondan başqa heç kim olmamışdır və asfalt yolda hərəkətini təxminən 50 km\saat sürətlə davam etdirmişdir. Bu zaman Şuşa küçəsi ilə Ərəş küçəsinin kəsişməsinə girən zaman anidən yolun sol tərəfi istiqamətindən Ərəş küçəsi ilə Vaz-2115 modelli avtomobilin anidən çıxdığını və onun avtomobilinin sol ön tərəfindən dəydiyini görmüş və bu zaman dərhal tormoz pedalını sıxmış və onun avtomaşınına dəydikdən sonra avtomobili bir neçə dəfə yerində fırlandıqdan sonra yolun qarşı tərəfində səkiyə dəymiş və orada da qalmışdır. Sonra o, avtomobildən kənara çıxmış və onun avtomobili ilə toqquşan VAZ-2115 modelli avtomobilin yolun qarşı tərəfində aşmış vəziyyətdə durduğunu görmüş və onu düzəltməyə kömək etmək üçün onun yanına getmişdir. O, ətrafa yığılan şəxslərlə birgə VAZ-2115 modelli avtomobili əvvəlki vəziyyətinə qaytarıb, sərnişin və sürücünü avtomobilin içərisindən bayıra çıxarmış və daha sonra təcili tibbi yardım və digər orqanların əməkdaşları hadisə yerinə gəlmişdir. Hadisə baş verməzdən əvvəl o, spirtli içki qəbul etməmiş, avtomobili idarə edən zaman ayıq vəziyyətdə olmuşdur. Həmin vaxt avtomobili təxminən 50 saat sürətlə idərə etmiş, hətta o, yolayrıcına girəndən sonra belə təhlükə vəziyyətini görməmiş, Vaz-2115 modelli maşının anidən olaraq ona dəydiyini elə qəza baş verəndə hiss etmişdir. Həmin avtomobil qəflətən onun avtomobilini sol ön tərəfdən vurmuşdur. Hadisə baş verən zaman yanında heç kim olmamış, tək olmuşdur. O, xəsarət almamış, lakin onun avtomobilinə maddi ziyan dəymişdir. Ona dəymiş ziyan icbari sığorta tərəfindən ödəniləcəkdir. O, həmin şəxsi tanımamış, onunla hər hansı bir düşmənçiliyi və ədavəti olmamışdır. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. İnzibati xətanı törətmiş şəxsə və digər zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Şəxs əməlləri nəticəsində cinayət hadisəsi baş vermədiyi üçün toplanmış material üzrə onun barəsində AR CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş və onun barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçü qərarın surəti Mingəçevir ŞPŞ-nin DYPB-yə göndərilmişdir. İşdə olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2025-ci il tarixli, 1411 №-li tibbi müayinə protokolundan görünür ki, Şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. İşdə olan AF 325498 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.2027-ci il tarixədək “BC” kateqoriyalı sürücülük hüququ vardır. İşdə olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2025-ci il tarixli, 1410 №-li tibbi müayinə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. İşdə olan AF 401977 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 xx.xx.2028-ci il tarixədək “B” kateqoriyalı sürücülük hüququ vardır. İşdə olan AR Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi PHŞ-in xx.xx.2025-ci il tarixli 436 saylı rəyindən görünür ki, X2 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarət:-alın nahiyyəsində yara, qərarda göstərilən xx.xx.2025- ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İşdə olan yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/2808 №-li rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, VAZ-21154 markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş materiallara əsasən VAZ-21099 markalı, **-BO- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz-21154” minik markalı **-NP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs mülkiyyətindədir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11 radələrində özünə məxsus “Vaz-21154” minik markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhəri, Ərəş küçəsi ilə Samux küçəsi istiqamətində hərəkət etdirərkən Şuşa küçəsi ilə hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Vaz-21099” minik markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri, Şuşa küçəsi ilə Ərəş küçəsinin kəsişməsində yerləşən yolayrıcında toqquşaraq “Vaz-21154” minik markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobili sərnişin olan X1 yüngül zərər vurmaya aid xəsarət yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların olmamasını, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar