Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(5-146)-249/2026 03.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir Şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızı, X1 Azərbaycan Respublikası Baş X5 İdarəsinin “İnzibati tənbeh vermə haqqında” qərarından verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİM: Azərbaycan Respublikası Baş X5 İdarəsinin inzibati xəta haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarını araşdırıb hesab edirəm ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, X2 şikayət ərizəsini məhkəməyə təqdim etsə də, şikayət ərizəsində istinad etdiyi inzibati xəta haqqında qərarı şikayətə əlavə etməmişdir. Beləliklə, hesab edirəm ki, X2 tərəfindən təqdim edilmiş şikayət ərizəsi natamam olduğundan, həmin şikayət onu təqdim edən şəxsə geri qaytarılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 2019-cu il 3 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X4 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Hesab edirəm ki, Azərbaycan Respublikası Baş X5 İdarəsi tərəfindən “İnzibati tənbeh vermə haqqında” qərarından verilmiş şikayət geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 130-cu maddəsini rəhbər tutaraq, QƏRARAALDİM: X1 Azərbaycan Respublikası Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarından verilmiş şikayət ərizəsi geri qaytarılsın. Mingəçevir Şəhər Məhkəməsinin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(5-146)-249/2026
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(5-146)-249/2026
03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver