Məhkəmə qərarları › İş №3(5-146)-3/2026

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(5-146)-3/2026

06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(5-146)-3/2026 06.01.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızının, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili Vəkil, Tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1990-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)- 1299/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə 9900 manat məbləğində aliment borcu Şəxs tərəfindən ödənilməmişdir. Borclu icra qeydini könüllü olaraq icra etməmiş və icra məmurunun qanuni tələblərinə tabe olmamışdır. Borclu hal-hazıradək heç bir ödəniş etməmişdir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Mingəçevir şəhər İcra və probasiya şöbəsinin icra məmuru X7 verdiyi izahatında bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1299/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment tutulub tələbkar X1 verilməsi qət edilmişdir. Borclu icra qeydini könüllü olaraq icra etməmiş və icra məmurunun qanuni tələblərinə tabe olmamışdır. Yevlax rayon İcra və probasiya şöbəsi tərəfindən görülmüş tədbirlər nəticəsində borcludan 4620 manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilmişdir. Daha sonra icra sənədi yenidən aidiyyəti üzrə Mingəçevir şəhər İcra və probasiya şöbəsinə yönəldilmişdir. İcraata daxil olduqdan sonra borclunun Mingəçevir şəhərində yaşamadığına görə, onun barəsində axtarış qərarı qəbul edilərək Mingəçevir şəhər polis şöbəsinə göndərilmişdir. Borclu polis əməkdaşları tərəfindən Mingəçevir şəhər İcra və probasiya şöbəsinə təqdim olunmuşdur. Borclunun hal-hazırkı borcu 9900 manat təşkil edir. Borclu izahatında bildirdi ki, alimenti tam şəkildə ödəməyə imkanı yoxdur, 1000 manat ödəniş edə bilər. Lakin tələbkar bu məbləğlə razı deyil. Tələbkar bildirdi ki, əgər 3000 manat ödənilsə, borclu qalıq borc məbləğindən az-az ödəyə bilər. Odur ki, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, imkanı olmadığı üçün alimenti ödəyə bilməmişdir. Lakin halhazırda 1000 manat və aylıq 300 manat məbləğində ödəniş edə bilər. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Barəsində icraat aparılan şəxsin vəkili Vəkil məhkəmə iclası zamanı izahatında bildirdi ki, Şəxs daha yüngül cəza verilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, ona möhlət verilsə, borcunu ödəyəcəkdir. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı verdiyi izahatında bildirdi ki, borclu Şəxs icrası tələb olunan aliment məbləğini icra etmir. Bildirdi ki, əgər borclu halhazırda aliment məbləğindən 3000 manat ödəsə, hər ay qalıq borc məbləğindən 300 manat məbləğində ödəyə bilər. Əks təqdirdə inzibati xəta haqqında protokolun təmin edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-1299/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədini, icra məmurunun qanuni tələblərini icra etməmiş və icra məmurunun qanuni tələblərinə tabe olmamışdır. İşdə olan Yevlax Rayon Məhkəməsinin 2(039)-1299/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 11 iyun 2020ci il tarixindən başlayaraq Şəxs hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq X1 verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir İşdə olan xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1299/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü olaraq icra etmək üçün borclu Şəxs 10 gün müddətinə qədər vaxt verilib. İşdə olan ünvan 2 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs verdiyi ərizənin surətindən görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1299 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 110 manat olmaqla, cəmi 220 manat aliment alınıb ona ödənilməsi nəzərdə tutulmuşdur. Borclu Şəxs bu günə kimi borcdan 4620 manat aliment ödənişi edib. İki ildən çoxdur ki, aliment ödənişi etmir, hal-hazırda Bakı şəhərində yaşayır. Borclunun barəsində qanuna müvafiq tədbirlər görülməsini xahiş edir. İşdə olan xx.xx.2025-ci il tarixli borclunun axtarılması haqqında qərarın surətindən görünür ki, ünvan 1 ünvanda yaşamış Şəxs barəsində Mingəçevir şəhəri üzrə axtarış elan edilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2026-cı il tarixli izahatın surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan borclu Şəxs Mingəçevir şəhər İcra və probasiya şöbəsində izahatı alınmışdır. İzahatda borclu Şəxs bildirir ki, aliment borcunu ödəməkdən boyun qaçırmır, heç bir yerdə işləmədiyi üçün aliment borcunu tam şəkildə ödəyə bilmir. Lakin gün ərzində 1000 manat ödəniş edə bilər. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, ərizə, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş tələb alimentlə bağlı olduğundan uşağın mənafeyini yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Mingəçevir şəhər Məhkəməsinin icra sənədinin icrasını təmin etməmişdir. O, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, Şəxs əməlində yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 06 yanvar 2026-cı il tarixdən saat 16:30-dan hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Mingəçevir şəhər polis şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar