Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(5-146)-317/2026 05.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 30193478 saylı “İnzibati tənbeh vermə haqqında” qərarından şikayətə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 30193478 saylı inzibati xəta haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 346.4-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə olunmuşdur. Barəsində inzibati qərar qəbul edilmiş X2 xx.xx.2025-ci il tarixli, EQ 30193478 saylı həmin qərarından şikayət verərək qərarın ləğv olunmasını xahiş etmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-in 130.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 2019-cu il 3 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır, yəni İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin xx.xx.2025ci il tarixli, EQ 30193478 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti geri qaytarılmalıdır. Belə ki, onun Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 30193478 saylı inzibati tənbeh vermə haqqında qərarı rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində şikayət və ya protest vermək hüququ olduğu halda göstərilən müddət ərzində həmin qərardan şikayət vermək üçün müddətin bərpasına dair məhkəməyə rəsmi qaydada müraciət etməmişdir. Belə olan halda şikayət geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 130-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 30193478 saylı qərarının ləğv olunması barədə şikayət ərizəsi geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Məhkəmənin hakimi Tural Hüseynli
Məhkəmə qərarları › İş №3(5-146)-317/2026
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(5-146)-317/2026
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver