Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(5-146)-324/2026 06.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Mingəçevir şəhər İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********117500 saylı qərarı üzrə 61943.51 manat məbləğində borc Şəxs tərəfindən ödənilməmişdir. Borclu icra qeydini könüllü olaraq icra etməmiş və icra məmurunun qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Mingəçevir şəhər İcra və probasiya şöbəsinin icra məmuru X1 verdiyi izahatında bildirdi ki, icra sənədi 2021-ci ildən icraatdadır. Fərdi sahibkar kimi fəaliyyət göstərən borclunun dövlətin xeyrinə ödənilməli olan 61943.51 manat məbləğində vergi borcu yaranmışdır. Odur ki, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş edir. Borclu ilk dəfə icra sənədi ilə 2022-ci ilin aprel ayında tanış olmuşdur. Həmin tarixdə borcluya hüquqları ətraflı izah olunmuşdur. Borclu 2023-cü ildən bəri axtarışdadır. 11 saylı Ərazi Vergilər Baş İdarəsinə sorğu nəticəsində də müəyyən olunmuşdur ki, borclunun 61943.51 manat məbləğində dövlətin xeyrinə ödənilməli olan borcu vardır. Odur ki, məhkəmədən protokolun təmin olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, çörək sexində işləyir. Vergi borcunun yarandığını 2022-ci ildə xəbəri olmuşdur. Bu qədər borc məbləği əsassızdır.. Əgər möhlət verilsə, vergi borcunun tutulması haqqında qərarından şikayət verəcək. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Tələbkar 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında heç bir məlumat verməmişdir. Məhkəmə işə tələbkar 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan xx.xx.2026-cı il tarixli, MN ******* saylı protokoldan görünür ki, 11 saylı Ərazi Vergi Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********117500 saylı qərarını, icra məmurunun qanuni tələblərini icra etməmiş və icra məmurunun qanuni tələblərinə tabe olmamışdır. İşdə olan xx.xx.2021-ci il tarixli, **********117500 saylı 11 saylı Ərazi Vergilər Baş İdarəsinin qərarının surətindən görünür ki, borclu Şəxs əsas vergi üzrə 49044.74 manat, faiz üzrə 12898.77 manat olmaqla, ümumilikdə, 61943.51 manat məbləğində pulun dövlət büdcəsinin xeyrinə ödənilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir İşdə olan xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********117500 saylı icra sənədində göstərilən tələbin borclu Şəxs 10 gün müddətinə könüllü icra etməsi nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli, 249692/3-10 nömrəli inzibati xəbərdarlığın surətindən görünür ki, borclu Şəxs 61943.51 manat vergi borcunun ödənilməsi üçün 10 gün müddət ərzində tam şəkildə ödəyib ödəniş qəbzlərini Mingəçevir şəhər İcra və probasiya şöbəsinə təqdim etməyi tələb olunmuşdur. İşdə olan izahatların surətindən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli borclunun axtarılması haqqında qərarın surətindən görünür ki, ünvan 1 ünvanında yaşamış borclu Şəxs barəsində axtarış elan edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli borclunun axtarılması haqqında qərarın surətindən görünür ki, ünvan 1 ünvanında yaşamış borclu Şəxs barəsində axtarış elan edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, ərizə, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Qeyd edilənlərə əsasən məhkəmə, Şəxs əməlində yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 06 fevral 2026-cı il tarixdən, saat 18:45-dən hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Mingəçevir Şəhər Məhkəməsinin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(5-146)-324/2026
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(5-146)-324/2026
06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver