Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(5-146)-326/2026 13.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir Şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızı, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 X5 Xidmətinin xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİM: X5 Xidmətinin xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 192.1, 192.5 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində inzibati cərimə olunmuşdur. Barəsində inzibati qərar qəbul edilmiş X1 Əmək Müfəttişliyi Xidmətinin həmin qərarından şikayət verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, X5 Xidmətinin xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından narazıdır. X5 Xidmətinin xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati qərarı ona hələ də gəlməmişdir. O, qərarın surətini 03 fevral 2026-cı il tarixdə X5 Xidmətindən götürmüşdür. Lakin sözügedən qərar ona rəsmi qaydada gəlməli idi. Hazırkı vaxta kimi qərardan xəbəri olmamışdır. X5 Xidmətinin xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati qərarından narazıdır və qərar həmişəki kimi formal qaydada yazılmış və iş üzrə araşdırma aparılmadan qərar qəbul olunmuşdur. Sözügedən qərar qanuna müvafiq deyil və qərarda göstərilmiş məlumatlar yanlışdır. Belə ki, ümumiyyətlə qərar yazılmamışdan əvvəl protokol tərtib edilməlidir və protokolla onlar razılaşmadıqda birmənalı olaraq müyyən vaxt təyin olunmalıdır. Bundan sonra araşdırma aparılmaqla qərar çıxarılmalıdır. Lakin ondan heç bir izahat alınmamış, sözügedən məsələ, ümumiyyətlə, araşdırılmamış və o cərimələnmişdir. Ən əsası isə onlara sözügedən məsələ ilə bağlı heç bir məlumat verilməmişdir. Bundan əlavə işin mahiyyətindən danışanda qeyd edir ki, ona sözügedən qərar çıxarılarkən yazılmışdır ki, o, əmək müqaviləsi olmadan işçi işlətmişdir (İXM-nin 192.1), işçinin məzuniyyət hüquqlarını pozmuşdur (İXM-nin 192.5) və qanunvericiliyin tələblərinə zidd işçini işdən çıxartmışdır (İXM-nin 192.6). Sözügedən hallarla bağlı qanun tələbini və öz mülahizələrini bildirir: Hörmətli məhkəmə, birinci maddə ilə sonrakı maddələr bir-birinə ziddir. Belə ki, ondan bir keçmiş əməkdaşı şikayət etmiş və həmin əməkdaşın şikayəti əsasında araşdırma aparılmışdır. O bu şəxsi əgər əmək müqaviləsi olmadan işlətmişdirsə, bu şəxsin məzuniyyət hüquqlarını necə pozmuş olur. O, işçilərlə qanunvericiliyin tələblərinə uyğun müqavilə bağladıqdan sonra işlədir. Qərarın özündə bu barədə heç bir söz yazılmayıb və onun təqsirini göstərən heç bir məlumat yoxdur. Yalnız maddənin dispozisiyasını köçürməklə yetinmək vətəndaşın hüquqlarının pozulmasıdır. Onun barəsində qərarın ilk maddəsi olan İXM-nin 192.1-ci maddəsi həqiqəti əks etdirmir və bu hissədə heç bir əsas yoxdur. Bir şəxsin əsassız işlədilməsi bu gün mümkün deyil. Əgər belə bir hadisə olsaydı onu indiyə kimi şikayət edərdilər və ya elə sözügedən Əmək Müfəttişliyi indiyə kimi onu cərimələyərdi. Neçə ildən sonra onun işçilərin hüquqlarını pozmağının aşkarlanması ona cəza verilməsi üçün bəhanədir. Ən əsası isə qərarda heç bir əsaslanma yoxdur. O, 5000 manat cərimə olunmuşdur. Bu, sözügedən maddənin ən ağır və yuxarı həddidir. Onun, ümumiyyətlə, İXM-nin 192.1-ci maddə ilə təqsiri yoxdur. Bu maddəni heç cür ona yaza bilməzlər. Onun işçilərinin müqaviləsi var və bunun əksini heç kim deyə bilməz. Bir mağazada özü də olmaqla 4 nəfər bəs etmir ki, o, əlavə işçi işlədirmiş kimi göstərilmişdir. Əgər İXM-nin 192.5 və 192.6-cı maddəsinin tərkibinin olması məhkəmədə inzibati orqan tərəfindən sübut olunarsa və mötəbər sübutlarla müəyyən olunarsa (çünki indiyə kimi sözügedən orqanda sübut olunmamışdır) həmin iki maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan ən yüngülünün verilməsi ağlabatan olar. Ən azından iki azyaşlı övladı var və sahibkar kimi dövlətə vergi verməklə və işçi işlətməklə dövlətə faydalı işlə məşğuldur. Cənab Prezident sahibkarlara əsassız yoxlamaların aparılmamasını tapşırsa da, bu cür hallarla onlar kimi sahibkarları öz işlərindən soyutmağa çalışmaq haqsızlıqdır. Bu səbəbdən də sözügedən qərarın ləğv edilməsi qənaətindədir. Onun təqsirsizliyini sübut etməyə ehtiyacı yoxdur. Bunu protokolu tərtib edən şəxslər etməlidir. Onun təqsiri isə sübut olunmamışdır. Şikayətini və yazılan qərarın qanuniliyinin sübut olunması onun vəzifəsi olmasa da, dəqiq görünən odur ki, onun barəsində olan məsələ qərəzdir və heç bir araşdırma aparılmamışdır. Sadəcə bu cür məsələlərlə onun kimi sahibkarın hüquqları pozulmaqdadır. Ona görə də X5 Xidmətinin xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarını araşdırıb hesab edirəm ki, şikayət ərizəsi geri qaytarılımalıdır. Belə ki, işə əlavə edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 İXM-nın 192.1, 192.5 və 192.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 5000 manat cərimə edilmişdir. Eyni zamanda həmin qərarda iki gün müddətində barəsində qərar qəbul edilmiş şəxsə verilməsi və həmin qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə inzibati xəta haqqında qərardan yuxarı səlahiyyətli orqana və ya məhkəməyə şikayət verilməsi qeyd edilmişdir. Lakin barəsində qərar qəbul edilmiş şəxs nəzərdə tutulmuş müddət ərzində qeyd olunan qərardan şikayət verməmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında qərardan görünür ki, qeyd olunan qərar xx.xx.2026-cı il tarixdə çıxarılmış, barəsində qərar çıxarılmış şəxs isə həmin qərardan xx.xx.2026-cı il tarixdə şikayət ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi barəsində qərar qəbul edilmiş şəxs nəzərdə tutulmuş müddət ərzində qeyd olunan qərardan şikayət verməmişdir. Belə olan halda isə şikayət ərizəsinin məhkəmə tərəfindən baxılması mümkün deyildir. Azərbaycan Respublikası İXM-in 130.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 2019-cu il 3 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X7 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Hesab edirəm ki, X2 X5 Xidmətinin vəzifəli şəxsinin xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti geri qaytarılmalıdır. Belə ki, X1 Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində şikayət və ya protest vermək hüququ olduğu halda göstərilən müddət ərzində həmin qərardan şikayət vermək üçün müddətin bərpasına dair məhkəməyə rəsmi qaydada müraciət etməmişdir. Belə olan halda şikayət geri qaytarımalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 130-cu maddəsini rəhbər tutaraq, QƏRARAALDİM: X5 Xidmətinin X2 İnzibati Xətalar Məcəlləsinin 192.1, 192.5 və 192.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə şikayət ərizəsi geri qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Mingəçevir Şəhər Məhkəməsinin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(5-146)-326/2026
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(5-146)-326/2026
13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver