Məhkəmə qərarları › İş №3(5-146)-383/2026

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(5-146)-383/2026

12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(5-146)-383/2026 12.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs X2, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Ağdaş rayonu Mürsəl kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmuş, orta təhsilli, işləməyən, evli, Ağdaş rayonu, Mürsəl Ə/D, Mürsəl kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM–nin 227–ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. Şəxs xx.xx.2025-ci il tarixdə Şəxs X2 yaşadığı ünvana daxil olaraq ona məxsus 500 manat pulu oğurlamışdır və barəsində xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolu tərtib etmiş Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X3 protokola uyğun izahat verdi. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək hazırda X5 ilə barışdığını və iş üzrə icraat xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X5 məhkəmə iclası zamanı izahatında göstərdi ki, Şəxs ona məxsus 500 manat pulu oğurlamışdır. Bununla belə hazırda Şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə icraat xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə protokolu, işdə iştirak edən şəxslərin barışması halını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan zərərçəkmiş şəxs X5 tərəfindən yazılmış ərizədən görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs zərərçəkmiş şəxslə barışmışdır. Hazırda zərərçəkmiş şəxsin Şəxs heç bir şikayət və tələbi yoxdur. Göründüyü kimi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs zərərçəkmiş şəxs X5 ilə barışdığı üçün, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi yoxdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar