Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(5-146)-401/2026 16.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir Şəhər Polis Şöbəsinin polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X3 iştirakı ilə xx.xx.2006-cı il tarixdə Yevlax rayonu, Havarlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Polis Şöbəsinin xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoluna görə xx.xx.2026-cı il tarixdə saat 23:00 radələrində Mingəçevir şəhəri, Nərimanov küçəsində, polis əməkdaşları işıq cihazından düzgün istifadə etmədiyinə görə “VAZ 21015” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsünə irad tutarkən, sərnişin qismində iştirak edən Şəxs polis əməkdaşlarına qarşı kobud hərəkətlər edərək ünvansız nalayiq ifadələr işlədib, xidməti fəaliyyətlərinə mane olmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Proses iştirakçılarının izahatları: Mingəçevir Şəhər Polis X1 Bölməsinin sahə rəisi, polis leytenantı X5 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 23:00 radələrində Mingəçevir şəhəri, Nərimanov küçəsində, polis əməkdaşları işıq cihazından düzgün istifadə etmədiyinə görə “VAZ 21015” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsünə irad tutarkən, sərnişin qismində həmin avtomobildə əyləşdiyi vaxt polis əməkdaşlarına qarşı kobud hərəkətlər edərək ünvansız nalayiq ifadələr işlədib, xidməti fəaliyyətlərinə mane olmuşdur. Bununla belə şəhər polis şöbəsinə gətirildiyi vaxtda öz hərəkətlərini davam etdirmiş və özünə müxtəlif xəsarətlər yetirməyə çalışmışdır. Ona görə onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2026-cı il tarixdə saat 23:00 radələrində Mingəçevir şəhəri, Nərimanov küçəsində, polis əməkdaşları “VAZ 21015” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobili o, sərnişin qismində əyləşdiyi vaxt saxlamışlar. Bundan sonra onları video görüntüyə çəkmək istədikdə polis əməkdaşları ona güc tətbiq edərək telefonunu almağa çalışmışlar. Daha sonra polis şöbəsinə gətirildiyi vaxt ona fiziki güc tətbiq edilmiş və döyülmüşdür. O, həmin vaxt içkili olsa da, polis əməkdaşlarına qarşı hər hansı nalayiq ifadə işlətməmiş və tabesizlik göstərməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X6 izahat verərək bildirdi ki, Şəxs polis işçilərinə qarşı nalayiq ifadələr işlətməmiş, sadəcə etirazını bildirmiş, eləcə də həmin polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmişdir. Şəxs xəsarət alması görünür, özünün bildirməsinə görə döyülmüşdür. Odur ki, Şəxs tibbi ekspertizadan keçirilərək, döyülməsi ilə bağlı prokurorluğa araşdırılma aparılması üçün təqdimat verilməsini xahiş etmişdir. İşdə olan sübutlar: Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510.1 və 535.1-ci maddələri ilə xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2026-cı il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, inzibati xəta törətməkdə təqsirli bilinən Şəxs xx.xx.2026-cı il tarixdə saat 23:30-da inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Heydərov X4 ŞPŞ-yə gətirilən zaman sağ gözünün alt səthində səthi cızıq xəsarətlərinin olması aşkarlanmış, xəsarəti necə alması soruşulan zaman izahat verməkdən və ilkin tibbi yardım çağırılmasından imtina etmişdir. xx.xx.2026-cı il tarixli imtina barədə protokoldan görünür ki, Şəxs izahat verməkdən və protokola imza atmaqdan imtina etmişdir. xx.xx.2026-cı il tarixli aktdan görünür ki, saxlanılaraq polis şöbəsinə gətirilən Şəxs üz və sağ boğaz nahiyyəsində qızartı xəsarətləri aşkar olunmuşdur. Sorğu zamanı Şəxs aldığı xəsarətləri xx.xx.2026-cı il tarixdə saat 21 radələrində yaşadığı mənzilə qalxarkən sərxoş vəziyyətdə blokda yıxılaraq almasını bildirməsi qeyd edilmişdir. xx.xx.2026-cı il tarixli 251 №li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 23:30da müayinə olunan vaxt orta dərəcəli sərxoş olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.3. İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyətə cəlb olunur. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında 23 mart 2004-cü il tarixli Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun qərarı
2. İzah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Polis haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. Polis təyinatı və əsas vəzifələri İİ. Polisin əsas vəzifələri aşağıdakılardır: 1) ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək;... Maddə 7. Polisin qanuni tələblərinin icrasının məcburiliyi İ. Polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. İİ. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. İİİ. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmənin mövqeyi: Tərəflərin izahatı, işdə olan sənədlər və digər iş materialları ilə müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ictimai qaydanı və ictimai təhlükəsizliyi pozaraq nalayiq ifadələr işlətmiş və öz qanunsuz əməllərini davam etdirmiş, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Beləliklə Şəxs Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hal olmamasını, inzibati xətanı sərxoş vəziyyətdə törətməsini iş üzrə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, məsuliyyətini ağırlaşdıran hal olmasını və yüngülləşdirən hallar olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrinin sanksiyasının həddi daxilində 08 (səkkiz) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həbsə almanın əvvəli Şəxs inzibati qaydada tutulduğu xx.xx.2026-cı il tarixdən hesablanmalıdır. Bununla belə, Şəxs polis əməkdaşları tərəfindən döyülməsini bildirməsi ilə bağlı göstərilən xüsusatların araşdırılması üçün onun tibbi müayinədən keçməsi barədə qəbul edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48– 50, 53, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli xx.xx.2026-cı il tarixdən saat 23:30-dan hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər
Hakim Güləndam Quliyeva