Məhkəmə qərarları › İş №3(5-146)-446/2026

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(5-146)-446/2026

05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(5-146)-446/2026 05.03.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barəsində daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokollar daxil olmuşdur. İnzibati xəta haqqında protokollara görə Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolları və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına inzibati xəta hadisəsi olmadığına görə xitam verilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Mingəçevir ŞPŞ-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, işdə olan DİN-in DYP WEB Portalından çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün xx.xx.2025-ci il tarixli, EQ 30841431 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar üzrə 50 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin cəriməyə 30 manat dəbbə pulu əlavə olunmuş və nəticədə onun ödənilməmiş 80 manat inzibati cəriməsi yaranmışdır. İşdə olan DİN-in DYP WEB Portalından çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün xx.xx.2025-ci il tarixli, EQ 30841422 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar üzrə 10 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin cəriməyə 6 manat dəbbə pulu əlavə olunmuş və nəticədə onun ödənilməmiş 16 manat inzibati cəriməsi yaranmışdır. İşdə olan DİN-in DYP WEB Portalından çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün xx.xx.2025-ci il tarixli, EQ 30841429 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar üzrə 20 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin cəriməyə 12 manat dəbbə pulu əlavə olunmuş və nəticədə onun ödənilməmiş 32 manat inzibati cəriməsi yaranmışdır. İşdə olan xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən, barəsində AR İXM-in 529.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən, barəsində AR İXM-in 529.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən, barəsində AR İXM-in 529.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. Belə ki, məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs həmin qərardan məhkəməyə şikayət vermiş, iş icraata götürülmüş və şikayəti təmin edilmişdir. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-789/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən şikayət təmin edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin EQ30841422 saylı xx.xx.2025-ci il tarixli, EQ30841423 saylı xx.xx.2025-ci il tarixli, EQ30841424 saylı xx.xx.2025-ci il tarixli, EQ30841426 saylı xx.xx.2025-ci il tarixli, EQ30841427 saylı xx.xx.2025-ci il tarixli, EQ30841429 saylı xx.xx.2025-ci il tarixli, EQ30841430 saylı xx.xx.2025-ci il tarixli, EQ30841431 saylı xx.xx.2025-ci il tarixli, EQ30841433 saylı xx.xx.2025-ci il tarixli, EQ30841434 saylı xx.xx.2025-ci il tarixli və EQ30841435 saylı xx.xx.2025-ci il tarixli qərarlarının ləğv edilməsi və həmin işlər üzrə Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmənin həmin qərarından şikayət verilməmiş və qərar qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduğundan inzibati işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış eyni fakt üzrə inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduğundan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Mingəçevir Şəhər Məhkəməsinin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar