Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(5-146)-451/2026 23.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızı, Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə inzibati xəta materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə qərarın icrasını qeyri-mümkün edən hallar mövcud olduğu üçün Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, işdə olan xx.xx.2026-cı il tarixli DİN-in DYP WEB Portalından çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün xx.xx.2025-ci il tarixli EQ 30841426 saylı qərarla 50 manat məbləğində inzibati cərimə edilmiş, həmin cəriməyə 30 manat dəbbə pulu əlavə olunmuş və nəticədə onun ödənilməmiş 80 manat inzibati cəriməsi yaranmışdır. İşdə olan xx.xx.2026-cı il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən, barəsində AR İXM-nin 529.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-789/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin EQ30841422 saylı xx.xx.2025-ci il tarixli, EQ30841423 saylı xx.xx.2025-ci il tarixli, EQ30841424 saylı xx.xx.2025-ci il tarixli, EQ30841426 saylı xx.xx.2025-ci il tarixli, EQ30841427 saylı xx.xx.2025-ci il tarixli, EQ30841429 saylı xx.xx.2025-ci il tarixli, EQ30841430 saylı xx.xx.2025-ci il tarixli, EQ30841431 saylı xx.xx.2025-ci il tarixli, EQ30841433 saylı xx.xx.2025-ci il tarixli, EQ30841434 saylı xx.xx.2025-ci il tarixli və EQ30841435 saylı xx.xx.2025-ci il tarixli qərarların ləğv edilməsi və həmin işlər üzrə Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Odur ki, məhkəmə işin müəyyən olunmuş faktiki hallarına əsasən belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs inzibati cərimə edilməsi barədə qərar qəbul edilsə də, həmin inzibati xəta onun tərəfindən törədilməmişdir. Belə ki, Şəxs EQ 30841426 saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət vermiş, Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-789/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən EQ 30841426 saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Odur ki, Şəxs barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar barəsində protokol tərtib edilmiş şəxsin inzibati xətanın törədilməsinə aidiyyəti olmadığından, onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yaranmış olur. Belə ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməldə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası İXM–in 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2026-cı il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(5-146)-451/2026
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(5-146)-451/2026
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver