Məhkəmə qərarları › İş №3(5-146)-478/2026

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(5-146)-478/2026

23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(5-146)-478/2026 23.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə İrpen şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-1278/2024 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 2000 manat əsas, 2220.83 manat əldən çıxmış fayda, cəmi 22220.83 manat pul, hüquqi yardım xərci 3000 manat və ödənilmiş 165.66 manat dövlət rüsumunun X1 və xx.xx.2024-cü il tarixli 2(051)-1162/2024 saylı icra sənədinə əsasən 60000 manat əsas, 4200 manat faiz olmaqla, cəmi 64200 manat pul, hüquqi yardım xərci 300 manat və ödənilmiş 283.50 manat dövlət rüsumunun X2 ödənilməsi üçün xəbərdarlıq edilməsinə, həmçinin barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmasına baxmayaraq, qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində həmin icra sənədinə münasibətdə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış və həmin icra sənədini təkrar icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-1278/2024 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 2000 manat əsas, 2220.83 manat əldən çıxmış fayda, cəmi 22220.83 manat pul, hüquqi yardım xərci 3000 manat və ödənilmiş 165.66 manat dövlət rüsumu tutularaq X1 verilməsi, xx.xx.2024-cü il tarixli 2(051)-1162/2024 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 60000 manat əsas, 4200 manat faiz olmaqla, cəmi 64200 manat pul, hüquqi yardım xərci 300 manat və ödənilmiş 283.50 manat dövlət rüsumu tutularaq X2 verilməsi qət edilmişdir. Lakin borclu tərəfindən qeyd olunan icra vərəqəsi icra edilməmiş, ödəniş təmin edilməmiş və icra vərəqələri üzrə müvafiq olaraq 22386,49, manat və 50783,5 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Həmçinin Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-109/2025 saylı xx.xx.2025-ci il qərarı ilə Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 manat məbləğində cərimə edilmişdir. Borclunun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə inzibati xətanı təkrar törətməklə icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də, hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, ailəlidir və himayəsində bir azyaşlı uşağı vardır. İcra sənədinin icrasından boyun qaçırmır, lakin hazırda işləmir və maddi imkanı yoxdur ki, borcunu birdəfəlik ödəsin. Hazırda elə bir əmlakı da yoxdur ki, satıb tələb olunan borcunu tam şəkildə ödəsin. Maddi imkanının aşağı olduğunu nəzərə alaraq inzibati protokolun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bəşirova X3 Şəhər Məhkəməsinin 2(051)-1162/2024 və 2(051)-1278/2024 saylı icra vərəqələri üzrə yaranmış 90170 manat borcu ödəməmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-1278/2024 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 2000 manat əsas, 2220.83 manat əldən çıxmış fayda, cəmi 22220.83 manat pul, hüquqi yardım xərci 3000 manat və ödənilmiş 165.66 manat dövlət rüsumu tutularaq X1 verilməsi müəyyən edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-1162/2024 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 60000 manat əsas, 4200 manat faiz olmaqla, cəmi 64200 manat pul, hüquqi yardım xərci 300 manat və ödənilmiş 283.50 manat dövlət rüsumu tutularaq X2 verilməsi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-1278/2024 saylı icra sənədi üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru icraata başlamaq haqqında qərar qəbul etmişdir. xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, ondan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-1278/2024 saylı icra sənədləri üzrə borcunun 10 gün müddətində könüllü icrası xahiş edilmişdir. xx.xx.2024-cü il tarixli “borclunun axtarışı haqqında” qərardan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-1278/2024 saylı icra sənədi üzrə borclu Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. Borclu Şəxs Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)- 1278/2024 saylı icra sənədi üzrə xx.xx.2024-cü il tarixli e289493/2024-3- 14-004 saylı inzibati xəbərdarlıq məktubu göndərilmişdir. xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-1162/2024 saylı icra sənədi üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru icraata başlamaq haqqında qərar qəbul etmişdir. xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, ondan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-1162/2024 saylı icra sənədləri üzrə borcunun 10 gün müddətində könüllü icrası xahiş edilmişdir. xx.xx.2024-cü il tarixli “bir neçə icra sənədi üzrə icraatın birləşdirilməsi haqqında” qərardan görünür ki, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-1278/2024 və xx.xx.2024- cü il tarixli 2(051)-1162/2024 saylı icra sənədləri ümumi icraatda birləşdirilmişdir. xx.xx.2024-cü il tarixli “borclunun axtarışı haqqında” qərardan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-1278/2024 və xx.xx.2024cü il tarixli 2(051)-1162/2024 saylı icra sənədləri üzrə borclu Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə icra orqanının nümayəndəsinin, borclunun izahatları, eləcə də icra işinin materialları ilə müəyyən etmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-1278/2024 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 2000 manat əsas, 2220.83 manat əldən çıxmış fayda, cəmi 22220.83 manat pul, hüquqi yardım xərci 3000 manat və ödənilmiş 165.66 manat dövlət rüsumunun X1 və xx.xx.2024-cü il tarixli 2(051)- 1162/2024 saylı icra sənədinə əsasən 60000 manat əsas, 4200 manat faiz olmaqla, cəmi 64200 manat pul, hüquqi yardım xərci 300 manat və ödənilmiş 283.50 manat dövlət rüsumunun X2 ödənilməsi ilə bağlı icra sənədinin icrasından qəsdən boyun qaçırmış, İnzibati Xətalar Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində olan inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı təkrar törətmişdir. Bununla da onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin(bundan sonra – İXM) 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Hətta məhkəmə hesab edir ki, Samirə Şirinovanın izahatında qeyd etdiyi halları da(“işsiz olması”, “maddi imkanının aşağı olması” və s. ifadələri) üzrlü hesab etmək olmaz. Əks halda qeyd olunan hallar digər şəxslər tərəfindən də bəhanə kimi istifadə olunaraq məhkəmə qərarlarının icrasından kütləvi şəkildə yayınmağa, nəticədə məhkəmə qərarlarının icrasız qalmasına səbəb ola bilər. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs hərəkətləri məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-cü maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, borclu Şəxs himayəsində 1 nəfər azyaşlı uşağın olmasını İXM-nin 32.1ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını, İXM-nin 30.2-ci maddəsinin tələblərini və inzibati tənbehin yuxarı həddinin tətbiq olunmasının himayəsində olan uşağın mənafeyinə mənfi təsirini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1000 (min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar