Məhkəmə qərarları › İş №3(5-146)-485/2026

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(5-146)-485/2026

24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(5-146)-485/2026 24.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1992-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Mingəçevir şəhəri, Günəş küçəsi ev 1-də qeydiyyatda olmaqla yaşayan Şəxs (xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin(bundan sonra - İXM) 510-cu maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İşin halları: Şəxs xx.xx.2026-cı il tarixdə saat 20 radələrində Mingəçevir şəhərində yaşayan keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs yaşadığı mənzilə mütəmadi gedərək onu narahat etmiş, mübahisə yaradaraq nalayiq ifadələr işlətmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhər Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 məhkəmə iclası zamanı verdiyi izahatında protokolun məzmununa uyğun izahat vermiş və protokolun təmin edilməsini xahiş etmişdir. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı göstərmişdir ki, o, həmin günü içkili vəziyyətdə olmamışdır. Həftənin şənbə və bazar günləri onun uşaqları ilə görüş günü nəzərdə tutulmuşdur. O, zəng vuraraq uşaqları görüşə gətirməsini bildirmiş, əvvəlcə gələcəklərini bildirsələr də sonradan gəlməkdən imtina etmişlər. O isə taksiyə əyləşərək Zərifin yaşadığı mənzilə getmişdir. Ora gedəndə uşaqları nə üçün göstərmədiyini irad bildirmiş və həmin an bir az əsəbləşmiş, sonra çıxıb getmişdir. O, heç bir nalayiq ifadələr işlətməmiş sadəcə uşaqlara iradını bildirmişdir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Odur ki, məhkəmədən inzibati tənbeh tədbiri tətbiq edərkən izahatında göstərdiyi halların nəzərə almasını xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, atasıgilin məhləsində olan evdə qalır. Lakin qaldığı ev atasıgilin evindən ayrıdır. O, hadisə baş verən gün evdə olmamışdır. Qayınanasıgil uşaqlara yığıb danışaraq onlarla görüşmək istədiyini bildirmişlər. Sonra uşaqları ona demişlər ki, atası ilə görüşməyə getmək istəyirlər, o isə uşaqlara getmək istəyirlərsə, axşam oruc vaxtı keçdikdən sonra getmələrini bildirmişdir. Lakin sonra Elçin adlı oğlu görüşə getmək istəmədiyini bildirmişdir. O, axşam işdən qayıtdıqdan sonra bu barədə İlkinə məlumat vermişdir. Sonra İlkin zəng edərək nəyə görə gəlmədiklərini bildirmiş və uşaqlara nalayiq söyüşlər söymüşdür. Sonra İlkin onların yaşadığı evə gəlmiş, lakin o, içkili olduğu üçün qapını ona açmamışlar. O isə pəncərədən onlara qarşı nalayiq söyüşlər söyərək onları təhqir etmişdir. Daha sonra İlkin bu hərəkətlərini davam edərək uzun müddət onlara qarşı nalayiq ifadələr işlədib, səs-küy salıb, çıxıb getmişdir. Sübutların tədqiqi: İşə əlavə edilmiş xx.xx.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 20:00-da Mingəçevir şəhərində yaşayan keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs yaşadığı mənzilə mütəmadi gedərək onu narahat etmiş, mübahisə yaradaraq nalayiq ifadələr işlətmiş və onun barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İşə əlavə edilmiş xx.xx.2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş CD diskdəki hadisəni əks etdirən videogörüntüyə baxış keçirilərkən Şəxs kənar bir yerdən gələrək evin giriş qapısının qarşısında dayanıb, qapının sağ tərəfində yerləşən evin pəncərəsini döyəcləyərək aqressiv hərəkətlər etməsi müəyyən edilmişdir. Məhkəmənin gəldiyi nəticə: İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 20 radələrində Mingəçevir şəhərində yaşayan keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs yaşadığı mənzilə mütəmadi gedərək onu narahat etmiş, mübahisə yaradaraq nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Bu hal məhkəmə iclası zamanı hadisəni əks etdirən videogörüntüyə baxış zamanı da öz təsdiqini tapmış, onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı, şahid ifadələri, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. İXM-in 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs həmin inzibati xətanı ilk dəfə törətməsi, əməlindən peşman olması, həmçinin müharibə veteranı olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-nin 31.4-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmin Məcəllənin 30.3-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə, həmçinin hesab edir ki, Şəxs barəsində tətbiq edilmiş həbs növündə inzibati tənbeh tədbirinin başlanğıcı, tutulduğu andan, yəni 23 fevral 2026-cı il tarixdən saat 18:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 31.4, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, 4(dörd) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 23 fevral 2026-cı il tarixdən saat 18:30-dan hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar