Məhkəmə qərarları › İş №3(5-146)-49/2026

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(5-146)-49/2026

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(5-146)-49/2026 19.01.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseynli Tural Mirbahəddin oğlunun, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir Şəhər Polis Şöbəsinin polis sahə rəisi X4, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1994-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs qızının(FİN: xxxxxxx) Azərbaycan Respublikası İXM–nin 510-cu maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə icasında baxaraq MÜƏYYƏNETDİ: İşin halları: Şəxs xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Mingəçevir şəhəri Mərkəzi X1 ilə qarşılıqlı olaraq ictimai yerdə səs-küy salaraq nalayiq ifadələr işlətmişlər. Bu hərəkətləri ilə bağlı Mingəçevir ŞPŞ İTB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X6 protokola uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı öz izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20 radələrində uşağının səhhətində olan problemlə bağlı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında acil şöbəsinə yaxınlaşmışdır. Orada həkim işləyən Məqbulə Xəlilova övladına heç bir yadım göstərməmişdir. Ona görə xəstəxanada əsəbiləşib səsini yüksəldərək həkimə qarşı nalayiq ifadələr işlətdiyini etiraf etmişdir. Əməlindən peşmandır. Barəsində daha yüngül qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Acil şöbəsində həkim-terapevt vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə saat 20 radələrində övladının sağlamlığı ilə bağlı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Acil şöbəsinə müraciət edən Şəxs səs-küy salaraq ona qarşı nalayiq ifadələr işlətdiyini qeyd etmişdir. Ondan şikayətçidir. Sübutların tədqiqi: İşdə olan 19 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq hesab olunur və əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, inzibati xəta haqqında protokola, iş materiallarına və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etirafına qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs ictimai qaydanı pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510–cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs həmin inzibati xətanı ilk dəfə törətməsini, əməlindən peşman olmasını, hamilə və himayəsində azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 31.4-1, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar