Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(5-146)-495/2026 25.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Mingəçevir şəhər İcra və probasiya şöbəsinin icra məmuru X1, Borclu Şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Yevlax rayonu Səmədabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxsnın Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1599/2025 saylı, xx.xx.2025-ci il tarixli qanuni qüvvəyə minmiş icra sənədi əsasında ondan alınaraq tələbkara verilməli olan borcun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktının tələblərinə məhəl qoymaraq borcun ödənilməsindən boyun qaçırmışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhər İcra və probasiya şöbəsinin icra məmuru X2 izahatında bildirmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1599/2025 saylı, xx.xx.2025-ci il tarixli qanuni qüvvəyə minmiş icra sənədinə əsasən Şəxs ilə Zərərçəkmiş şəxs arasında xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişi - 11 mart 2013-cü il tarixdə doğulmuş Səkinə və 28 oktyabr 2016-cı il tarixdə doğulmuş Mədinə adlı uşaqların Zərərçəkmiş şəxs yanında qalması, Şəxs tərəfindən Səkinə və Mədinə adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin, o cümlədən, 18 oktyabr 2006-cı il tarixdə doğulmuş, hazırda yetkinlik yaşına çatmış Vəsilə adlı uşağa yetkinlik yaşına çatana, yəni xx.xx.2024-cü il tarixə kimi hər ay 90 manat olmaqla ödənilməli olan alimentin ödənilməsi, aliment ödənişinin Zərərçəkmiş şəxs açdığı bank hesabına köçürülməsi, dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul Şəxs tutulub Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi Yevlax rayon İcra və probasiya şöbəsindən aidiyyəti üzrə Mingəçevir şəhər İcra və probasiya şöbəsinə göndərilmişdir. Borclunun hal-hazırda aliment borcu 10000 manat məbləğindədir. Borclu icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktının tələblərinə məhəl qoymaraq borcun ödənilməsindən boyun qaçırmışdır. Göstərilənlərə əsasən borclu şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, məhkəmədən inzibati tənbehin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, icra sənədinin icrasını icra etməkdən boyun qaçırmır, əksinə tələbkar Zərərçəkmiş şəxs dəfələrlə ödəniş etmişdir. Boşandıqdan sonra 2 ilə yaxın müddətdə birlikdə yaşayıblar. Ona görə də, aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəkdir. Hazırda mediasiyaya müraciət etmşdir. Odur ki, məhkəmədən onun barəsində daha yüngül inzibati tənbehin tətbiq edilməsini xahiş etmişdir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir, gəlməməsinin səbəbləri haqqında heç bir məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün sayır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan xx.xx.2026-cı il tarixli MN ******* saylı protokoldan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1599/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə 10000 manat məbləğində pul öhdəliyi Şəxs tərəfindən icra olunmadığından, onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1599/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, ərizə təmin edilmiş, Şəxs ilə Zərərçəkmiş şəxs arasında xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişi - 11 mart 2013-cü il tarixdə doğulmuş Səkinə və 28 oktyabr 2016-cı il tarixdə doğulmuş Mədinə adlı uşaqların Zərərçəkmiş şəxs yanında qalması, Şəxs tərəfindən Səkinə və Mədinə adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin, o cümlədən, 18 oktyabr 2006-cı il tarixdə doğulmuş, hazırda yetkinlik yaşına çatmış Vəsilə adlı uşağa yetkinlik yaşına çatana, yəni xx.xx.2024-cü il tarixə kimi hər ay 90 manat olmaqla ödənilməli olan alimentin ödənilməsi, aliment ödənişinin Zərərçəkmiş şəxs açdığı bank hesabına köçürülməsi, dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul Şəxs tutulub Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2344/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadından görünür ki, iddiaçı Şəxs cavabdeh Zərərçəkmiş şəxs qarşı aliment borcundan azad olunma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmış, dövlət rüsumu kimi nağd qaydada ödənilmiş 100 manat məbləğində pulun iddiaçı Şəxs qaytarılması qərara alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərarın surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1599/2025-009 nömrəli, xx.xx.2025-ci il tarixli sənədi icra olunması üçün Mingəçevir şəhər İcra və probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcludan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1599/2025-009 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borcunun 0 gün müddətində könüllü icrası xahiş edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İşdə olan izahatlardan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş pul öhdəliyini yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Mingəçevir Şəhər Məhkəməsinin icra sənədinin icrasını təmin etməmişdir. O, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar olmadığından, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Mingəçevir Şəhər Məhkəməsinin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(5-146)-495/2026
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(5-146)-495/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver