Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(5-146)-509/2026 26.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseynli Tural Mirbahəddin oğlu, Azərbaycan Respublikası İXM–nin 227-ci maddəsi ilə Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollara inzibati xəta haqqında iş üzrə icraata yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli, MN ******* saylı və xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollar daxil olmuşdur. Hesab edirəm ki, Azərbaycan Respublikası İXM-in 43.1-ci maddəsinin tələbinə görə eyni şəxs, yəni Şəxs tərəfindən törədilmiş inzibati xətaya dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan, həmin işlərə eyni vaxtda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Odur ki, icraatda olan 3(5-146)-507/2026 saylı və 3(5-146)-509/2026 saylı işlər birləşdirilməli, işə 3(5-146)-507/2026 nömrə ilə vahid nömrə verilməli və həmin işlərə eyni vaxtda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs barəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* saylı və xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollar üzrə müvafiq olaraq, 3(5-146)- 509/2026 saylı inzibati iş, 3(5-146)-507/2026 saylı işlə birləşdirilsin, 3(5-146)-507/2026 nömrə ilə qeydiyyata alınsın və həmin işlərə eyni vaxtda baxılsın. Mingəçevir Şəhər Məhkəməsinin hakimi Tural Hüseynli
Məhkəmə qərarları › İş №3(5-146)-509/2026
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(5-146)-509/2026
26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver