Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(5-146)-513/2026 02.03.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Mingəçevir şəhər İcra və probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Quba Rayon Məhkəməsinin 2(027)-1381/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 1680 manat məbləğində aliment borcu Şəxs tərəfindən ödənilməmişdir. Borclu icra qeydini könüllü olaraq icra etməmiş və icra məmurunun qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Mingəçevir şəhər İcra və probasiya şöbəsinin icra məmuru X3 verdiyi izahatında bildirdi ki, Quba Rayon Məhkəməsinin 2(027)-1381/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 14 dekabr 2016-cı il təvəllüdlü X6 anası – Kayrak (Məhərrəmova) Nigar Səməndər qızının yanında qalması müəyyən edilmiş, Şəxs 14 dekabr 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 24 may 2023-cü il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq Kayrak (Məhərrəmova) Nigar Səməndər qızına ödənilməsi qət edilmişdir. Borclunun halhazırkı borcu 2026-cı il fevral ayı daxil olmaqla 1680 manat təşkil edir. Borclu izahatında bildirdi ki, alimenti tam şəkildə ödəməyə imkanı yoxdur. Odur ki, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, səhhətində narahatlıq olduğu üçün və imkanı olmadığı üçün alimenti ödəyə bilməmişdir. Lakin hazırda işləyir. Tezliklə aliment ödənişindən ödəyə biləcək. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir, gəlməməsinin səbəbləri haqqında heç bir məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün sayır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Quba Rayon Məhkəməsinin 2(027)-1381/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini, icra məmurunun qanuni tələblərini icra etməmiş və icra məmurunun qanuni tələblərinə tabe olmamışdır. İşdə olan Quba Rayon Məhkəməsinin 2(027)-1381/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, 14 dekabr 2016-cı il təvəllüdlü X6 anası – Kayrak (Məhərrəmova) Nigar Səməndər qızının yanında qalması müəyyən edilmiş, Şəxs 14 dekabr 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 24 may 2023cü il tarixdən başlayaraq hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq Kayrak (Məhərrəmova) Nigar Səməndər qızına ödənilməsi qət edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-1381/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü olaraq icra etmək üçün borclu Şəxs 10 gün müddətinə qədər vaxt verilib. İşdə olan xx.xx.2024-cü il tarixli borclunun axtarılması haqqında qərarın surətindən görünür ki, ünvan 1 ünvanda yaşamış Şəxs barəsində Mingəçevir şəhəri üzrə axtarış elan edilməsi qərara alınmışdır. İşdə olan izahatdan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan Quba rayonu, Buduq Ə/D, Zeyid kəndində yaşayan X7 tərəfindən yazılmış ərizənin surətindən görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-1381/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 160 manat aliment alınıb ona ödənilməsi qət edilmişdir. Borclu Şəxs fevral ayı daxil olmaqla 2026-cı il tarixədək 1680 manat aliment borcu vardır. Şəxs aliment pulunun ona tam şəkildə ödənilməsini, əks təqdirdə barəsində qanuna müvafiq tədbirlər görülməsinin təmin edilməsini xahiş edir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş tələb alimentlə bağlı olduğundan uşağın mənafeyini yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Quba Rayon Məhkəməsinin icra sənədinin icrasını təmin etməmişdir. O, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, Şəxs əməlində yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 02 mart 2026-cı il tarixdən, saat 18:10-dan hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Mingəçevir Şəhər Məhkəməsinin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(5-146)-513/2026
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(5-146)-513/2026
02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver