Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(5-146)-515/2026 03.03.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1991-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin(bundan sonra – İXM) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən xx.xx.2026-cı il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Muradov X4 Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-217/2022 saylı icra vərəqəsini üzrsüz səbəbdən icra etmədiyindən 4891 manat aliment borcu yaranmışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X8 bildirmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)- 217/2022 saylı icra sənədinə əsasən, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün 120, cəmi 240 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs alınıb iddiaçı X5 verilməsi nəzərdə tutulmuşdur. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Borclu İcra Şöbəsində olmuş, tələbin könüllü icrası haqqında bildiriş ona təqdim edilmişdir. Bundan sonra da bir neçə dəfə izahatları alınmış və qeyd olunan borcdan hal-hazıradək tələbkara heç bir ödəniş etməmişdir. Hal-hazırda tələbkara cəmi 4891 manat borcu yaranmış, borcun icra olunması ilə bağlı qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. İcra tədbirləri zamanı borclunun əmlakı da müəyyən edilməmişdir. Göstərilən halları nəzərə alaraq borclu Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, hal-hazırda 4891 manat qətnamə üzrə borcu olduğunu qəbul edir. Bununla belə, o borcunu ödəməkdən boyun qaçırmır. Uşağına baxır, lakin alimenti ödəyə bilmir. Onun gəliri də çox azdır. Yenidən ailə qumuş və yeni nikahdan bir uşağı da vardır. Maddi imkanının aşağı olduğunu nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İşdə olan xx.xx.2026-cı il tarixli, MN ******* saylı protokoldan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-217/2022 saylı icra vərəqəsi üzrə yaranmış 4891 manat borcu Şəxs tərəfindən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-217/2022 saylı icra sənədinə əsasən, xx.xx.2016-cı il təvəllüdlü vX2 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün 120, cəmi 240 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs alınıb iddiaçı X5 verilməsi qət edilmişdir. İşdə olan icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-217/2022 saylı icra vərəqəsinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İşdə olan borclu Şəxs ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-217/2022 saylı icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü icra edilməsi ondan tələb edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(051)-108/2024 saylı qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat cərimə edilmişdir. İşdə olan ƏƏSMN-nin arayışından görünür ki, Şəxs gözdən əlil olmaqla üçüncü dərəcəli əlilliyi vardır. Buna görə 180 manat pensiya alır. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarından görünür ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 3(051)-108/2024 saylı icra sənədinin icrasından bir ildən çox vaxt keçməsinə baxmayaraq borclu Şəxs tərəfindən icra olunmamış, bununla bağlı icra məmuru tərəfindən borcluya bir neçə dəfə xəbərdarlıq edilsə də, borclu həmin xəbərdarlıqlardan heç bir nəticə çıxarmamışdır. Hətta məhkəmə hesab edir ki, Şəxs iş materiallarına əlavə olunmuş izahatında qeyd etdiyi halları da (“imkansız olması” və s. ifadələri) üzrlü hesab etmək olmaz. Əks halda qeyd olunan hallar digər şəxslər tərəfindən də bəhanə kimi istifadə olunaraq məhkəmə qərarlarının icrasından kütləvi şəkildə yayınmağa, nəticədə məhkəmə qərarlarının icrasız qalmasına səbəb ola bilər. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs hərəkətləri məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-cü maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, borclu Şəxs üçüncü dərəcəli əlil olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Hüseynli
Məhkəmə qərarları › İş №3(5-146)-515/2026
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(5-146)-515/2026
03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver