Məhkəmə qərarları › İş №3(5-146)-52/2026

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(5-146)-52/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(5-146)-52/2026 03.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Mingəçevir şəhər İcra və probasiya şöbəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs, İcra sənədi üzrə borclu Şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-566/2023 saylı icra sənədinin icrası ilə əlaqədar 4900 manat pul məbləğini ödəməmişdir. Mingəçevir şəhər İcra və probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-566/2023 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə cavabdeh Şəxs dəyəri olan 4900 manat alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Hazırda şəxs borcunundan 2000 manat ödəniş etmişdir, əvvəlki məhkəmə iclasından sonra 500 manat ödəmiş və həmin məbləğ hazırda depozitdədir. Odur ki, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-566/2023 saylı icra sənədi üzrə yaranmış 4900 manat aliment borcundan hazırda 2000 manat ödəniş edə bilir. Odur ki, deyilənlərə əsasən qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-566/2023 saylı icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs 4900 manat pul alınıb ona verilməsi qət edilmişdir. Borcludan hazırda 2000 manat məbləğində aliment borcunun bir hissəsini qəbul edir. Hazırda onlar öz aralarında razılığa gəlmişlər. Borclu ona olan borcunu hər ay hissəhissə ödəyəcəkdir. Şikayəti və tələbi olmadığından inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan xx.xx.2026-cı il tarixli, MN ******* saylı protokoldan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-566/2023 saylı icra vərəqi üzrə yaranmış 4900 manat məbləğində pul borcu Şəxs tərəfindən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-566/2023 saylı icra vərəqəsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, 25 yanvar 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 150 (bir yüz əlli) manat, 28 sentyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment hər ay cavabdeh Şəxs tutularaq, iddiaçı X2 verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-566/2023-012 saylı icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-566/2023-012 saylı icra sənədində göstərilən tələbi Şəxs 10 gün müddətində könüllü icra etməsi xahiş olunmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli borclunun axtarılması haqqında qərarın surətindən görünür ki, ünvan 1 ünvanında yaşamış Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İşdə olan izahatlardan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli inzibati xəbərdarlığın surətindən görünür ki, borclu Şəxs 2250 manat aliment borcunu 10 gün müddət ərzində tam şəkildə ödəyib ödəniş qəbzlərini Mingəçevir şəhər İcra və probasiya şöbəsinə təqdim etməyi tələb olunmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli borclunun axtarılması haqqında qərarın surətindən görünür ki, ünvan 1 ünvanında yaşamış Şəxs barəsində Mingəçevir şəhər üzrə axtarış elan edilməsi qərara alınmışdır. İşdə olan qəbzdən görünür ki, Şəxs Zərərçəkmiş şəxs borcundan 2000 manat məbləğində pul ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu borcunu ödəməkdən yayınmır, işləmədiyi üçün aliment borcunu ödəyə bilməmişdir. Uzun müddət Rusiya Federasiyasında olduğu üçün axtarışda olduğunu bilməmişdir. Rusiya Federasiyasında olduğu müddətdə aliment borcunu hər ay vaxtlı-vaxtında ödəmişdir. Beləliklə, icra məmurunun, borclunun və tələbkarın izahatları, işdə olan sənədlər və digər iş materialları ilə müəyyən olunur ki, borclu Şəxs icra sənədinin qəsdən və qərəzli olaraq icrasından yayınmamış, yəni borcunu maddi vəziyyəti yaxşı olmadığından ödəyə bilməmiş və xüsusən icra məmurunun qanuni tələbinə tabesizlik göstərməmişdir. Belə ki, məhkəmə iclası zamanı müəyyən olundu ki, borclu icra sənədi üzrə yaranmış borcundan tələbkara hər ay hissə-hissə ödəniş etmək şərti ilə tələbkar və borclu arasında razılaşma əldə edilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və icra sənədini üzürsüz səbəbdən icra etməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xəta hadisəsinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xəta hadisəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından borclu Şəxs barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və borclunun izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, borclu ilə tələbkar arasında razılığı, eyni zamanda inzibati işin materialında da olan sənədləri nəzərdən keçirib iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, iş üzrə icraat xitam verilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, inzibati xəta hadisəsi olmadığı əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxsnın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Mingəçevir Şəhər Məhkəməsinin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar