Məhkəmə qərarları › İş №3(5-146)-537/2026

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(5-146)-537/2026

17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(5-146)-537/2026 17.03.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Mərkəzi Aran regional şöbəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Mərkəzi Aran regional şöbəsi Şəxsndə xx.xx.2025 il tarixdə işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinin tələbləri pozularaq əmək müqaviləsinin elektron sənəd formasına keçirilməsinin təmin olunması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Mərkəzi Aran regional şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-116261/2025 saylı icrası məcburi olan göstərişi icra edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin səlahiyyətli nümayəndəsinə və Şəxs nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edimiş: Belə ki, işdə olan 26 fevral 2026-cı il tarixli, 3-17-5/2-26826/2026 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən Şəxs MMC-yə xx.xx.2025-ci il tarixədək elektron sənəd formasına keçirilməsinin təmin olunması ilə bağlı müvafiq tədbirlərin görülməsi və görülmüş tədbirlərin nəticəsi barədə 10 (on) iş günü müddətində Nazirlik yanında X1 Xidmətinin Mərkəzi Aran regional şöbəsinə (bundan sonra-Regional şöbə) məlumat verilməsi barədə Cəmiyyətin rəhbərliyinə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-116261/2025 nömrəli məktubla (SS966496514AZ) icrası məcburi göstəriş verilmişdir. Lakin icrası məcburi göstərişin icra edilməsi ilə bağlı Cəmiyyət tərəfindən Xidmətə və ya Regional şöbəyə məlumat daxil olmamış və qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi təmin edilməmişdir. Bunda sonra Regional şöbə tərəfindən Cəmiyyətin ünvanına xx.xx.2026-cı il tarixli, 3-17-5/2-22086/2026 nömrəli məktubla (SS955226697AZ) inzibati xəta haqqında protokola dəvət bildirişi göndərilmişdir. İnzibati xəta haqqında işə başlanılmasının yeri və vaxtı barəsində məlumat bildirilsə də, Cəmiyyətin nümayəndəsinin iştirakı təmin edilməmişdir. xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2026-cı il tarixli, MN ******* saylı qərardad və digər sənədlər aidiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. İşdə olan inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2026-cı il tarixli, MN ******* saylı qərardaddan görünür ki, Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən baxıldığı üçün aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. İşdə olan xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxsndə işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinin tələbləri pozularaq əmək müqaviləsinin elektron sənəd formasına keçirilməsinin təmin olunması ilə bağlı DƏMX-nin Mərkəzi Aran regional şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-116261/2025 saylı məktubu ilə verilmiş icrası məcburi olan göstərişini icra etməmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 116261/2025 saylı məktubundan görünür ki, “Əmək və məşğulluq” altsisteminə baxış zamanı Şəxs MMC tərəfindən elektron sənəd formasına keçirilməyən əmək müqavilələrinin olduğu müəyyən edilmişdir. Şəxs MMC tərəfindən qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən xx.xx.2025-ci il tarixədək elektron sənəd formasına keçirilməsinin təmin edilməsi qeyd edilmişdir. Həmin məktub icra olunması üçün Şəxsnə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin xx.xx.2026-cı il tarixli, 3-17-5/2- 22086/2026 saylı məktubundan görünür ki, Şəxs MMC tərəfindən qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən xx.xx.2025-ci il tarixədək elektron sənəd formasına keçirilməsinin təmin olunması ilə bağlı X1 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-17-5/2-116261/2025 nömrəli icrası məcburi göstəriş məktubu göndərilmişdir. Lakin icrası məcburi göstərişlə bağlı Şəxs MMC tərəfindən Regional Şöbəyə məlumat daxil olmamış və bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi təmin edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1-ci maddəsinə əsasən Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.1-ci maddəsinə əsasən İnzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 539.1-1. Əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.5-ci maddəsinə əsəsən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında materialda olan sənədlərlə sübuta yetirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Mərkəzi Aran regional şöbəsi Şəxsndə xx.xx.2025-ci il tarixdə işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinin tələbləri pozularaq əmək müqaviləsinin elektron sənəd formasına keçirilməsinin təmin olunması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Mərkəzi Aran regional şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-17- 5/2-116261/2025 saylı icrası məcburi olan göstərişi icra edilməmişdir. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-in 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs İXM-nin 539.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 18.5, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəməsinin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar