Məhkəmə qərarları › İş №3(5-146)-550/2026

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(5-146)-550/2026

05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(5-146)-550/2026 05.03.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir Şəhər Polis Şöbəsinin sahə rəisi X2, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1991-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Xocalı rayonu, Quşçular kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2026-cı il tarixdə Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən “OBA” marketdə 33 manat məbləğində uduşlu lotereyadan istifadə edərək 67 manat aldıqdan sonra, həmin marketdə kassir işləyən X3 etibarından sui-istifadə edərək, ona 100 manat qaytaracağını vəd edib aldatmışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Proses iştirakçılarının izahatları: Mingəçevir Şəhər Polis Şöbəsinin sahə rəisi X5 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2026-cı il tarixdə Mingəçevir şəhər Naxçıvan küçəsində yerləşən “OBA” marketdə 33 manat məbləğində uduşlu lotereyadan istifadə edərək 67 manat aldıqdan sonra, həmin marketdə kassir işləyən X3 etibarından sui-istifadə edərək, ona 100 manat qaytaracağını vəd vədi ilə aldadaraq, 100 manat pulunu ələ keçirmişdir. Ona görə onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, xx.xx.2026-cı il tarixdə təxminən saat 01:50 radələrində sərxoş vəziyyətdə olan zaman Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən “OBA” marketə daxil olmuş, marketdə işləyən kassir Cavid Əhmədov ona 33 manat məbləğində uduşlu lotereya təqdim etmişdir. Daha sonra o, kassaya yaxınlaşaraq C.Əhmədova əlavə olaraq 67 manat verilməsini bildirmiş, evə gedərək 100 manat məbləğində pulu geri qaytaracağını vəd etmişdir. Lakin verdiyi vədi yerinə yetirməmişdir. Etdiyi əməldən səmimi peşman olduğunu bildirmiş, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəyəcəyini qeyd edərək ona vaxt verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş X6 izahat verərək bildirdi ki, o, Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən “OBA” marketdə kassir işləyir. xx.xx.2026-cı il tarixdə gecə növbəsində işlədiyi zaman sonradan adını bildiyi Şəxs işlədiyi mağazaya gələrək 33 manat məbləğində uduşlu lotereyadan istifadə etmişdir. Daha sonra R. Kərimov ona yaxınlaşaraq 67 manat pul istəmiş və taksi ilə evə gedərək 100 manat gətirib pulu qaytaracağını bildirmişdir. O da həmin şəxsə 67 manat pulu vermişdir. Lakin həmin şəxs pulu aldıqdan sonra taksiyə minərək hadisə yerindən uzaqlaşmışdır. Təxminən 30–40 dəqiqə keçməsinə baxmayaraq R. Kərimov geri qayıtmadığından və aldadıldığını anladığından dərhal DİN-in “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Ona vurulmuş ziyanı tələb etdiyini bildirmişdir. İşdə olan sübutlar: Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 227-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2026-cı il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi əlamətləri olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaya yol verdiyinə görə barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi qərara alınmışdır. xx.xx.2026-cı il tarixli “izahat və digər sənədləri imzalamaqdan imtina etmə barədə” protokoldan görünür ki, Şəxs sənədləri imzalamaqdan imtina etmişdir. xx.xx.2026-cı il tarixli “İnzibati qaydada tutma haqqında protokol”dan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 15:25 radələrində inzibati qaydada tutulmuşdur. Mingəçevir Şəhər Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis leytenantı Bəhruz Ələkbərli tərəfindən Şəxs xx.xx.2026-cı il tarixdə izahatı alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. 31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmənin mövqeyi: Tərəflərin izahatları, işdə olan sənədlər və digər iş materialları məhkəmə tərəfindən araşdırılaraq qiymətləndirildikdə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Kərimov X1 şəhəri, Naxçıvan küçəsində yerləşən “OBA” marketə gələrək 33 manat məbləğində uduşlu lotereyadan istifadə etmişdir. Daha sonra o, həmin marketdə kassir işləyən X4 yaxınlaşaraq ondan 67 manat məbləğində pul istəmiş, evə gedərək 100 manat məbləğində pulu geri qaytaracağını vəd etməklə onun etibarından suiistifadə edərək həmin pulu ələ keçirmişdir. Lakin sonradan verdiyi vədi yerinə yetirməmiş və hadisə yerindən uzaqlaşmışdır. Beləliklə, Şəxs qeyd edilən hərəkətləri aldatma yolu ilə özgə əmlakını ələ keçirmə kimi qiymətləndirilir və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və səmimi peşmanlığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşman olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasının həddi daxilində 01 (bir) ay müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 03 mart 2026-cı il tarixdən saat 15:25-dən hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar