Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(5-146)-551/2026 05.03.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər ŞPŞ-nın İTB-nın polis sahə rəisi X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1991-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Xocalı rayonu, Quşçular Ərazi Dairəsi, Quşçular kəndində qeydiyyatda olan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 227-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İşin halları: Şəxs xx.xx.2026-cı il tarixdə saat 21 radələrində Mingəçevir şəhəri Gəncə şossesi “Azpetrol” YDM-nin yanında yerləşən çayxanada çay içən zaman X3 məxsus “Samsung Galaxy A24” markalı mobil telefonu danışmaq adı ilə alıb geri qaytarmamışdır Bu hərəkəti ilə Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Mingəçevir şəhər ŞPŞ-nın İTB-nın sahə polis rəisi X4 verdiyi izahatında göstərmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 21 radələrində Mingəçevir şəhəri Gəncə şossesi “Azpetrol” YDM-nin yanında yerləşən çayxanada çay içən zaman X3 məxsus “Samsung Galaxy A24” markalı mobil telefonu danışmaq adı ilə alıb geri qaytarmamışdır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta barədə ittihamda təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, telefonu götürməyib. Onunla zərərçəkən arasında mübahisə olmuşdur. Lakin o, heç kimin telefonunu götürməmişdir. Odur ki, məhkəmədən onun barəsində olan inzibati tənbeh vermə haqqında icraata xitam verilməsini xahiş etmişdir. Bundan başqa, Şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təhqiqat zamanı Elnur Məmmədovun telefonunu oğurladığını etiraf etmişdir. Həmin etirafı polis şöbəsində psixoloji təzyiq nəticəsində vermişdir. Belə ki, hesab etmişdir ki, əgər belə bir hadisəni etiraf etməsə, polis şöbəsində boynuna qoymağa başqa bir şey fikirləşəcəklər. Ona görə bu cür izahat verib, həmin izahatı imzalamışdır. Hadisə isə başqa cür olmuşdur. Həmin tarixdə Mingəçevir şəhəri Gəncə şossesi “Azpetrol” YDM-nin yanında yerləşən çayxanada çay içən zaman X5 ilə aralarında mübahisə yaranmış və o, sonuncunu yumruqla vuraraq olduğu yeri tərk etmişdir. Bir daha təkrar edərək Elnur Məmmədovun telefonunu oğurlamadığını qeyd etmişdir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, Şəxs ona məxsus “Samsung A24" markalı mobil telefonu danışmaq adı ilə alıb geri qaytarmadığını və qaçaraq uzaqlaşdığını, mobil telefonun qara rəngli, 4 RAM və 128 GB yaddaş həcmi olduğunu, 2025-ci ilin iyul ayında istifadə olunmuş formada ikinci əl əşya kimi 230 manata aldığını bildirmişdir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Sübutların tədqiqi: İşdə olan xx.xx.2026-cı il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İşdə olan Mingəçevir ŞPŞ-nin xx.xx.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs təqsirliliyi sübuta yetirilmədiyi üçün onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, zərərçəkmiş şəxs X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona məxsus mobil telefonu oğurladığını iddia etsə də iş üzrə bununla bağlı hər hansı mötəbər sübut təqdim olunmamışdır. Yalnız zərərçəkmiş şəxs X5 izahatı Şəxs təqsirliliyini təsdiq edən yetərli sübut kimi qəbul edilə bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təhqiqat zamanı Elnur Məmmədova qarşı oğurluq hadisəsi törətməsini etiraf etsə də məhkəmə araşdırması zamanı bunu təkzib etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata onun təqsirliliyi sübuta yetirilmədiyi üçün xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 43, 48-51, 53, 114-117 və 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Tural Hüseynli
Məhkəmə qərarları › İş №3(5-146)-551/2026
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(5-146)-551/2026
05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver