Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(5-146)-562/2026 12.03.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X9, Zərərçəkmiş şəxslər X5 və X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1974-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X12 tərəfindən xx.xx.2026-cı il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şəxs Şəki Apellyasiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-1010/2024 saylı icra sənədinə əsasən Şəxs X5, X3 və X1 qətnamə əsasında qət edilmiş 1500 manat pulun verilməsini icra etməmişdir. Borclu tələbi könüllü olaraq icra etməmiş və icra məmurunun qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X12 bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göstərilən halları nəzərə alaraq borclu Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, icra sənədinin icrasını icra etməkdən boyun qaçırmır. O, borcdan 700 manat icra və probasiya şöbəsinin depozit hesabına ödəmişdir. Qalıq borcu hissə-hissə ödəyə bilər. Oğlu İİİ qrup əlildir ona görə 120 manat pensiya alır, həmin borcun oradan tutulmasına etiraz etmir. Məhkəmə iclasında iştirak edən tələbkar X5 bildirmişdir ki, qətnamənin icrasını tələb edir. İnzibati xəta haqqında protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X3 bildirmişdir ki, qətnamənin icrasını tələb edir. İnzibati xəta haqqında protokolun təmin edilməsini xahiş etmişdir. Sübutların tədqiqi: İşdə olan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X12 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şəki Apellyasiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(107)-1010/2024 saylı icra vərəqəsi üzrə 825 manat pulun X7 verilməsini icra etməmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)- 1010/2024 saylı icra sənədindən görünür ki, Şəxs cəmi 1500 manat məbləğində pul alınıb X5, X3 və X1 verilməsi qət edilmişdir. İşdə olan İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-1010/2024 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-1010/2024 saylı icra sənədində göstərilən tələbi 10 gün müddətində icra etməli olduğu bildirilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, X6 orqanizminin funksiyalarının 60 faizinin pozulmasına görə üçüncü dərəcəli gözdən əlildir. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin(bundan sonra – İXM) 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(107)-1010/2024 saylı icra sənədinin icrasından bir ildən çox vaxt keçməsinə baxmayaraq borclu Şəxs tərəfindən icra olunmamış, bununla bağlı icra məmuru tərəfindən borcluya bir neçə dəfə xəbərdarlıq edilsə də borclu həmin xəbərdarlıqlardan heç bir nəticə çıxarmamışdır. Hətta məhkəmə hesab edir ki, Şəxs izahatında qeyd etdiyi halları da(“imkansız olması” və s. ifadələri) üzrlü hesab etmək olmaz. Əks halda qeyd olunan hallar digər şəxslər tərəfindən də bəhanə kimi istifadə olunaraq məhkəmə qərarlarının icrasından kütləvi şəkildə yayınmağa, nəticədə məhkəmə qərarlarının icrasız qalmasına səbəb ola bilər. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs hərəkətləri məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-cü maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə borclu Şəxs himayəsində üçüncü dərəcəli gözdən əlil, yetkinlik yaşına çatmayan uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2, 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Hüseynli
Məhkəmə qərarları › İş №3(5-146)-562/2026
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(5-146)-562/2026
12.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver