Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(5-146)-568/2026 18.03.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi ilə, X2 barəsində tərtib edilmiş, DİN BDYP-nin vəzifəli şəxsinin xx.xx.2026-cı il tarixli EQ 34355706 saylı inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmə iclasından kənar qaydada baxaraq, MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onun barəsində tərtib edilmiş DİN BDYP-nin xx.xx.2026-cı il tarixli EQ 34355706 saylı qərarına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi şikayətçi X2 tərəfindən imzalanmadığından, şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Bununla belə məhkəmə hesab edir ki, AR İXM-də inzibati xəta haqqında iş üzrə qərardan X2 tərəfindən imzalanmadan verilmiş şikayətin birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilməsindən imtina edilməsini və yaxud qaytarılmasını tənzimləyən prosessual hüquq normaları olmadığından, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsi AR CPM-in müvafiq analoji normaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2016-cı il tarixli qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı qeyd etmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-cı il tarixli Qərarında inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protestin verilməsi ilə bağlı məsələlərin cinayət-prosessual qanunvericiliyinin analoji normaları əsasında həll edilməsi qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 387.3-cü maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti yazılı şəkildə verilir və onu verən şəxs tərəfindən imzalanır. Həmin Məcəllənin 391.3.5-ci maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Həmin Məcəllənin 391.3.6-ci maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə, icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar qəbul edir. Həmin Məcəllənin 391.5-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti buna hüququ olmayan şəxs tərəfindən verildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır. Məhkəmə, hesab edir ki, X2 tərəfindən məhkəməyə təqdim edilmiş şikayət onun tərəfindən imzalanmadığından, həmin şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və şikayət və əlavə edilmiş sənədlər şikayət verən şəxsə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 128-ci və CPM-in 391-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ : X1 DİN BDYP-nin vəzifəli şəxsinin xx.xx.2026-cı il tarixli EQ 34355706 saylı inzibati xəta haqqında qərarından verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilsin və həmin şikayət ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə şikayət verən şəxsə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərardadı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(5-146)-568/2026
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(5-146)-568/2026
18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver