Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(5-146)-63/2026 11.03.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1992-ci il tarixdə Bərdə rayonu Nazirli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" MMC-də istehsalat üzrə rəis vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokola görə xx.xx.2025-ci il tarixdə Şəxs “vəzifə təlimatının vəzifə öhdəlikləri bölməsinin” 15-ci bəndinin tələblərinə riayət edilməməsi nəticəsində növbə rəisi Zərərçəkmiş şəxs az ağır xəsarət almasına səbəb olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilmədi və göstərdi ki, Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılmış və cinayət işinin açılması rədd edilmişdir. İnzibati qaydada Əmək müfəttişliyinin araşdırma aparılmasından məlumatı yoxdur. Hadisə baş verən vaxt onun iş vaxtı başa çatdığında evinə getmişdir. Eləcə də, ona həmin vəzifə bir gün əvvəl həvalə edilmişdir. Ondan başqa Zərərçəkmiş şəxs növbə rəisi kimi tabeliyində olan işçiləri əməyin mühafizəsi ilə bağlı təlimatla tanış edir. Özü isə əvvəlki istehsalat rəisi tərəfindən sonuncu dəfə xx.xx.2025-ci il tarixdə təlimatla təkrar tanış olmuşdur. Əmək qanunvericiliyində də təlimatla tanış olma 3 aydan bir dəfə nəzərdə tutulmuşdur. Hesab edir ki, onun təqsiri yoxdur. Odur ki, məhkəmədən izahatında göstərdiyi halları nəzərə alaraq inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqda qərar çıxarılmasını xahiş edir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 23:30 radələrində 3-cü növbəyə işə gələrək növbəni təhvil aldı, saat 00:00 radələrində işə başlamış, işçilərə iş öncəsi təlimat keçmiş, daha sonra əraziyə (işə) nəzarət etmiş, sonra otağa gedib kompüterdə hesabatları işləyərkən işçi İsmayıl Abdurahmanov A79 avadanlığında problem yarandığını bildirməklə onu əraziyə çağırdı, əraziyə gedərkən avadanlıqda nasazlıq olduğunu müəyyən edərək elektrik çağırıldı, elektriklə bağlı problem olmadığı üçün işçiləri digər tərəfdə daraq makinalarını işə salmaq üçün göndərdi, özü isə hadisə baş verən əraziyə gedərək altbucaq açarı götürərək avadanlığın həmin hissəsini açdı, həmin hissədə pambığa görə tıxanma olub-olmadığını yoxlamaq üçun sol əlini həmin yerə apardı, avadanlığın həmin yerinin işlək olduğundan xəbərsiz idi və nəticədə aparatın hərəkətli hissəsi sol əlini əzərək iki barmağını qopardı. Həmin an əlini tutaraq harman (harman sahəsi xam pambığın istehsal sahəsinə ötürüldüyü yerdir) tərəfə qaçdı və Bünyamin İsmayılovu çağırdı. B.İsmayılov onu tibb məntəqəsinə apardı, orada ilkin tibbi yardım göstərildi və dərhal qardaşı gələrək onunla birlikdə Mingəçevir Şəhər Xəstəxanasına getdi, orada ilkin olaraq kiçik əməliyyat olundu və qan axma dayandırıldı, sonra öz seçiminə görə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparıldı və orada əməliyyat olundu. Əmək funksiyası istehsal və işin davamlılığına nəzarət etmək olmuşdur, həmin işin yerinə yetirilməsi üçün heç kimdən tapşırıq almamış, birbaşa öz qərarı olmuşdu, qeyd edilən iş əmək funksiyasına aid deyil, həmin iş texniki şöbənin işidir, lakin həmin şöbəyə məlumat vermədi, özü baxış keçirmək istədi, əmək funksiyasına aid olmayan işi yerinə yetirməsəydi həmin hadisə baş verməyəcəkdi, hadisə baş verən zaman yanında heç kim olmamışdır. Şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən izahatında göstərdiyi halları nəzərə alaraq qərar çıxarılmasını xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin xx.xx.2025-ci il tarixli, 316 №-li ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər:- sol əlin 3-4-cü barmaqların travmatik amputasiyası, sol əlin 2-ci barmağının qismən travmatik amputasiyası qərarda göstərilən tarixdə və şəraitdə yəni xx.xx.2025-ci il tarixdə işlək halda olan dəzgaha ilişməsi nəticəsində əmələ gələ bilərdilər. Ağırlıq dərəcələrinə görə ümumi əmək qabiliyyətinin 20 faizinin daimi itirilməsinə səbəb olduğundan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan "xxxx" MMC-nin növbə rəisi Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə saat 04:20 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktına əsasən, Zərərçəkmiş şəxs, xx.xx.1995-ci il təvəllüdlü, ümumi iş stajı xx.xx.2018-ci il tarixdən və peşəsi üzrə iş stajı xx.xx.2019-cu il tarixdəndir. O cümlədən xx.xx.2019-cu il tarixdən Cəmiyyətdə növbə rəisi vəzifəsində işləyir. Cəmiyyətdən təqdim edilmiş sənədlərə əsasən əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə ilkin təlimat xx.xx.2019-cu il tarixdə, sonuncu təkrar təlimat xx.xx.2025-ci il tarixdə keçirilmişdir. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə biliyi xx.xx.2025-ci il tarixdə yoxlanılmışdır. Tibbi müayinədən keçirilməsi barədə sənəd təqdim edilməmişdir. Bədbəxt hadisə xx.xx.2025-ci il tarixdə saat 04:20 radələrində Zərərçəkmiş şəxs Cəmiyyətin Ring fabrikinin daraq sahəsində yerləşən Rieter Unistore-A79 avadanlığında baş vermiş tıxanmanın aradan qaldırılması üçün avadanlığın arxa tərəfindən yivlə bərkidilmiş qapağı açaraq sol əli ilə avadanlığın fırlanan dişli barabanına müdaxilə etməsi nəticəsində baş vermişdir. Cəmiyyətin Ring fabrikinin iş qrafiki üç növbəlidir. Bədbəxt hadisə 3-cü növbədə baş vermişdir. “Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında” komissiyanın rəyinə əsasən bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci və 4.2-ci bəndlərinə əsasən Cəmiyyətin növbə rəisi Zərərçəkmiş şəxs cavabdehliyi müəyyən edilmişdir. Bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.3-cü bəndinə əsasən Cəmiyyətin Texniki şöbəsinin müdiri (istehsalat rəisi vəzifəsini müvəqqəti icra edən) Şəxs nəzarətsizliyinə görə cavabdehliyi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs ilə baş vermiş bədbəxt hadisə istehsalatla əlaqəlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaların”a uyğun olaraq İZ formalı aktla rəsmiləşdirilməli və “Mingəçevir Tekstil' MMC-nin rəhbərliyi tərəfindən uçota alınmalıdır. Bədbəxt hadisənin səbəbləri hissəsində göstərilmişdir ki, 4.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 216-cı (Əməyin mühafizəsi üzrə işçilərin vəzifələri) maddəsinin 2-ci hissəsinin (əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, şəxsi buraxılışı olmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli digər mənbələrdə iş görməmək) tələblərinə riayət edilməməsi. 4.2. Cəmiyyətin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Növbə rəisinin vəzifə təlimatı”nın “vəzifə öhdəlikləri" bölməsinin 13-cü bəndinin (Növbə ərzində baş verə biləcək qüsur və qəzalar haqqında dərhal rəhbərliyə məlumat verir) tələblərinə riayət edilməməsi. 4.3. Cəmiyyətin rəhbərliyi tərəfindən təsdiq edilmiş "İstehsalat rəisinin vəzifə təlimatı”nın "vəzifə öhdəlikləri” bölməsinin 15-ci bəndinin (rəhbərlik etdiyi sahədə işçilərin işinə nəzarət etmək, verilən tapşırıqları vaxtı-vaxtında yerinə yetirilməsini tələb etmək) tələblərinə riayət edilməməsi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/6359 №-li ekspert rəyinə əsasən, Qərarın birinci, ikinci və üçüncü sualları üzrə: baş vermiş hadisə ilə əlaqədar «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin və «Mingəçevir tekstil RİNG üsulu ilə istehsal Qaydaları»nın “4.13. İstehsalat sahəsində təhlükəsizlik qaydaları” başlığının 9-cu abzasının tələbləri pozulmuşdur. Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına dair təlimatlandırılıb növbə rəisi vəzifəsində işə buraxılmış Zərərçəkmiş şəxs "xxxx" MMC-nin pambıq-poliester iplik fabrikində mövcud olan və pambıq liflərini yığaraq təmizlənməyə hazırlayan “Rieter UNİstore A79” markalı avadanlığın hərəkətdə olan hissəsinin üzərini açdığına və avadanlığın dayandırılmasını təmin etmədən həmin hissədə olan hərəkət edən (yivli silindir) hissələrə toxunmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə, onun tərəfindən «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin və «Mingəçevir tekstil RİNG üsulu ilə istehsal Qaydaları»nın “4.13. İstehsalat sahəsində təhlükəsizlik qaydaları” başlığının 9-cu abzasının tələbləri pozulmuşdur. Müəyyən edilmiş pozuntularla hadisənin baş verməsi arasında səbəbli əlaqənin olub- olmaması hüquqi xarakterli məsələ olmaqla ekspert səlahiyyətindən kənardır. İş materiallarında olan "xxxx" MMC-də istehsalat rəisi vəzifəsi üzrə vəzifə təlimatından görünür ki, tabeçiliyində olan işçiləri vaxtaşırı mövcud SƏTƏM qaydaları barədə təlimatlandırmamağa görə məsuliyyət daşıyır. İş materiallarında olan "xxxx" MMC-də növbə rəisi vəzifəsi üzrə vəzifə təlimatından görünür ki, tabeçiliyində olan işçiləri vaxtaşırı mövcud SƏTƏM qaydaları barədə təlimatlandırmamağa görə məsuliyyət daşıyır. İş materiallarına Şəxs Cəmiyyətin Texniki şöbənin müdiri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61.2 maddəsinə əsasən xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə kimi İstehsalat rəisi vəzifəsini müvəqqəti icra etməsinə dair “Mingəçevir Tekstil" MMC-də vəzifə dəyişikliyi barədə xx.xx.2025-ci il tarixli 345-1-VD/25 nömrəli əmr əlavə edilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, məhz Şəxs tərəfindən “vəzifə təlimatının vəzifə öhdəlikləri bölməsinin” 15-ci bəndinin tələblərinə riayət edilməməsi nəticəsində növbə rəisi Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olması müəyyən olunmur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və iş materialları ilə müəyyən edilir ki, hadisə xx.xx.2025-ci il tarixdə baş vermiş, Şəxs Cəmiyyətin Texniki şöbənin müdiri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61.2 maddəsinə əsasən xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə kimi İstehsalat rəisi vəzifəsini müvəqqəti icra etməsinə dair “Mingəçevir Tekstil" MMC-də vəzifə dəyişikliyi barədə xx.xx.2025-ci il tarixli 345-1-VD/25 nömrəli əmr verilmişdir. İş materiallarında olan vəzifə təlimatına əsasən tabeçiliyində olan işçiləri vaxtaşırı mövcud SƏTƏM qaydaları barədə təlimatlandırmamağa görə məsuliyyət daşıması istehsalat rəisi ilə yanaşı, həmçinin növbə rəisinin də məsuliyyətidir. Əmək Məcəlləsinin 219-cu maddəsinin 6-cı bəndinə əsasən zərərli, ağır istehsalatlardakı iş yerlərində, peşələrdə (vəzifələrdə) və yüksək təhlükə mənbəyi olan maşın, mexanizm və avadanlıqlarda işləyən işçilər əmək şəraitinin xüsusiyyətlərindən asılı olaraq 3 ayda bir dəfədən, digər iş yerlərində isə ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə təlimatlandırılmalıdırlar. Əmək şəraitinin xüsusiyyətlərindən asılı olaraq işçilərin əməyin mühafizəsi üzrə təlimatlandırılması vaxtı kollektiv müqavilələrlə, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı (əmək kollektivi) arasında razılaşmalarla müəyyən edilir. İşəgötürən bu təlimatlandırmaların qeydiyyatını elektron informasiya sistemi vasitəsilə, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda isə xüsusi jurnallarda aparmalıdır. Hazırki vəziyyətdə isə Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. İşin müəyyən edilmiş hallarına əsasən 01.092025-ci il tarixdə barəsində protokol tərtib edilmiş şəxsə İstehsalat rəisi vəzifəsini müvəqqəti icra etməsi həvalə edilmiş, növbə rəisi Zərərçəkmiş şəxs isə əvvəl istehsalat rəisi vəzifəsini icra edən şəxs tərəfindən xx.xx.2025-ci tarixdə təlimata uyğun olaraq əməyin mühafizəsi üzrə təlimatlandırıldır. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə iş vaxtı az ağır zəsarət almışdır. Göründüyü kimi 3 ay müddət keçməmişdir. Belə olan halda onun əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş sübutlar inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-in 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəlləninin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 114 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(5-146)-63/2026
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(5-146)-63/2026
11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver