Məhkəmə qərarları › İş №3(5-147)-5/2026

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(5-147)-5/2026

09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(5-147)-5/2026 09.02.2026 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X6 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Naftalan şəhər polis şöbəsinin Dövlət yol polisi qrupunun inspektoru X1, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Goranboy rayonu, Tapqaraqoyunlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan şəhər polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 23:20 radələrində Şəxs ayıq vəziyyətdə AE124554 nömrəli B,C kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi **-DH-*** dövlət qeydiyyat nişanlı, BMW 540İ minik markalı nəqliyyat vasitəsi ilə Naftalan şəhəri, H.Əliyev prospektindən üzü Goranboy rayonu, Qızılhacılı qəsəbəsi istiqamətində hərəkətdə olarkən Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinə əsasən ötmə zamanı təhlükəsizlik qaydalarına əməl etməli və ötmə üçün zəruri olan şəraiti düzgün qiymətləndirməli olduğu halda bunu etməyərək ehtiyatsızlıqdan yolun hərəkət hissəsinin sol tərəfində təmizlik işləri aparan piyada Zərərçəkmiş şəxs vuraraq qarının ön divarının hematoması, nəfəs almanın çətinləşməsi sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Naftalan şəhər polis şöbəsinin Dövlət yol polisi qrupunun inspektoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin törədilmiş əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 327.8-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, o, Naftalan şəhər KTİB-də xadimə işləyir. xx.xx.2025-ci il tarixdə saat 23:20 radələrində Naftalan şəhərində üzü Goranboy rayonu, Qızılhacılı qəsəbəsi istiqamətində gedən yolun sağ hərəkət hissəsinin sol tərəfində dayanmış, həmin vaxt oğlu Xaliq də yanında olmuşdur. Bu zaman yolda Qızılhacılı istiqamətində iki avtomobilin sürətlə gəldiyini və bir-biriləri ilə ötüşdüyünü görmüşdür. BMW markalı avtomobil digər avtomobili ötmə əməliyyatı edərkən onun sol tərəfinə toxunmuş, hadisədən sonra isə avtomobili saxlamadan sürüb getmişdir. Bu zaman həmin avtomobil lyuka düşərək azacıq sürüşsə də, sonradan idarəetməni düzələrək yoluna davam etmişdir. O isə, zərbənin təsirindən bir anlıq yerə yıxılmış, oğlunun köməyi ilə çətinliklə ayağa qalxaraq özünü toparlamışdır. Bədəninin qarın hissəsindən isə kəskin ağrı hiss etmiş, nəfəs almaqda çətinlik çəkmişdir. Daha sonra həmin avtomobili idarə edən sürücü irəlidə olan dairədən dönərək uzaq məsafədə, yolun əks hərəkət hissəsində, Bayraq meydanı adlanan yerin yaxınlığında maşını saxlamış və bir qədər onları izləmişdir. Onun ayağa qalxdığını görəndə isə avtomobili sürüb getmişdir. Bu zaman sürücü bilməmişdir ki, onlar onun dayanaraq izlədiyini görürlər. Hadisə zamanı həmin avtomobilinin nömrəsini gördükləri üçün polis şöbəsinə şikayət etmişlər. O, hadisa zamanı sürücünün kim olduğunu görməmişdir. Lakin sonradan araşdırma aparılan zamanı sürücünün Şəxs olduğu müəyyən edilmişdir. Daha sonra bərk ağrıları olduğu üçün ona tibbi yardım göstərilmişdir. Hazırda Şəxs şikayətçidir. Belə ki, o, hadisə zamanı ölə və ya ağır xəsarətlər də ala bilərdi. Lakin Şəxs onu vurmasına və xəsarət yetirməsinə baxmayaraq, avtomobili saxlamadan hadisə yerindən getmiş, hətta kənardan onu izləyərək vəziyyətinin necə olduğunu bilmək istəmişdir. Bu səbəbdən Şəxs haqqını halal etmir və onun cəzalandırılmasını istəyir. İnzibati xəta haqqında işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 yanvar 2026-cı il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Naftalan şəhəri, Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmış, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat açılması məqsədilə qərarın surəti aidiyyəti üzrə Naftalan ŞPŞ-ə verilməsi qərara alınmışdır. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.1991-ci il təvəllüdlü Şəxs xx.xx.2018-ci il tarixdə (xx.xx.2028-ci il tarixədək etibarlı olan) AE 124554 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək müddətinə məhdudlaşdırılmış, xx.xx.2025-ci il tarixdə bağlanmış, xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək müddətə yenidən məhdudlaşdırılmışdır. İş materiallarında olan Məhkəmə Tibbi Ekspertizası və X2 X5 Goranboy rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 740 saylı rəyində qeyd edilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət(lər) - qarnın ön divarının hematoması, nəfəs almanın çətinləşməsi bərk KÜT əşyanın (larin), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2025-ci il tarixdə avtomaşınla vurulma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, tədqiq edilmiş inzibati xəta haqqında protokol, zərər çəkmiş şəxsin izahatı, ekspertiza rəyi, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir. Odur ki, onun əməli İnzibati Xətalar Məcəlləsinin qeyd edilən maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, hadisə xx.xx.2025-ci il tarixdə baş vermiş, xx.xx.2025-ci il tarixdə isə Şəxs sürücülük hüququ başqa əsasla məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ doqquz аy müddətə məhdudlaşdırılsın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar