Məhkəmə qərarları › İş №3(5-148)-10/2026

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №3(5-148)-10/2026

13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 3(5-148)-10/2026 13.01.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən 12 yanvar 2026-cı il tarixdə tərtib olunmuş, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Neftçala Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli verilmiş icra vərəqəsinə əsasən cavabdeh Şəxs 1 baş erkək qoç (qoyun) 2 yaş həddində, 2 baş ana qoyun və 8 baş 3-5 aylıq quzu naturada, ödənilmiş 181 manat dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İnzibati xəta haqqında material və ona əlavə edilmiş sənədlər daxil olduqdan sonra Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 13 yanvar 2026-cı il tarixli vəsatətlə məhkəməyə müraciət edərək icra işi üzrə borclu Şəxs ilə tələbkar (zərər çəkmiş şəxs) Zərərçəkmiş şəxs arasında heyvanların qaytarılması barədə razılıq yarandığını bildirərək Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, həmin protokol Neftçala rayon İcra və probasiya şöbəsinə qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 13 yanvar 2026-cı il tarixli izahatından görünür ki, o, tələbkara olan borcu 1 baş erkək qoç (qoyun) 2 yaş həddində, 2 baş ana qoyun və 8 baş 3-5 aylıq quzunu maşında Neftçala rayon İcra və probasiya şöbəsinin həyətinə gətirmişdir və bu səbəbdən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun baxılmadan onu tərtib etmiş Neftçala rayon İcra və probasiya şöbəsinə qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Bundan başqa tələbkar (zərər çəkmiş şəxs) Zərərçəkmiş şəxs 13 yanvar 2026-cı il tarixli izahatından görünür ki, heyvanların sağlamlığı ilə bağlı onların baytar baxışından keçməsini nəzərə alaraq verilmiş vəsatətin təmin olunmasını xahiş edir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir Həmin Məcəllənin 103.2-ci maddəsinə görə inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin dispozitiv şərti olan məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməsi vəzifəsi üzərində olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərər çəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs olan borcunun ödənilməsi üçün onunla razılıq əldə etdiyindən və qeyd olunan səbəbdən inzibati xəta haqqında protokol tərtib etmiş Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 müraciəti əsasında inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Neftçala rayon İcra və probasiya şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmadan Neftçala rayon İcra və probasiya şöbəsinə geri qaytarılsın. Hakim: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar