Məhkəmə qərarları › İş №3(5-148)-23/2026

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(5-148)-23/2026

13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(5-148)-23/2026 13.03.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu, X8 qızının katibliyi ilə, Bakı Şəhəri Nizami Rayon DYPŞ-nin vəzifəli şəxsinin 29 noyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı Şəhəri Nizami Rayon DYPŞ-nin vəzifəli şəxsi – YPX inspektoru X1 29 noyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat miqdarında cərimə edilmişdir. Həmin qərar 29 noyabr 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında verilib. Qeyd edilən qərardan müəyyən olunur ki, 29 noyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərara əsasən X4 29 noyabr 2025-ci il tarixdə, saat 10.45-də «Ford Fusıon» minik markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Mehdi Abbasov küçəsi 4 ilə hərəkət edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X4 öz şikayətini belə əsaslandırır ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Mehdi Abbasov 4 ünvanında idarə etdiyi Ford Fusion markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobillə eyni əhəmiyyətli iki yolun kəsişməsinə daxil olmuşdur. Eyni əhəmiyyətli yolda üstünlük sağdan gələn nəqliyyat vasitələrində olsa da, həmin ərazidə xaotik vəziyyət yaranmış və sağdan gələn nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranmışdır. Həmin kəsişmədən sonra idarə etdiyi avtomobillə qarşıda olan dairədən geriyə dönməli olduğundan sol hərəkət zolağını tutmaq üçün avtomobilini hərəkət etdiyi zolaqdan digər hərəkət zolağına keçirməli olmuşdur. Dairəyə çatanda Bakı Şəhəri Nizami Rayon DYPŞ-nin yol patrul xidməti inspektoru polis baş serjantı X2 tərəfindən saxlanılmışdır. Polis əməkdaşı ona yol hərəkət qaydasını pozduğunu bildirsə də, bunu izah edə bilməmiş, hər hansı inzibati xəta haqqında protokol tərtib etməmiş və gedə biləcəyini bildirmişdir. Göstərilənlərə əsasən şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhəri Nizami Rayon Polisi İdarəsinin nümayəndəsi və X4 məhkəmə iclasına gəlməmişlər, lakin X4 xx.xx.2026cı il tarixdə məhkəmənin elektron ünvanına ərizə ünvanlayaraq hal-hazırda Gədəbəy rayonunda zabit kimi həqiqi hərbi xidmətdə olduğu üçün iclasda iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhəri Nizami Rayon Polisi İdarəsinin Dövlət X7 xx.xx.2026-cı ildə Məhkəməyə daxil olmuş DVD diskə baxış keçirmişdir. Videoçəkilişə baxış keçirilərkən müəyyən olunur ki, həqiqətən də barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X4 29 noyabr 2025-ci il tarixdə, saat 10.45-də «Ford Fusıon» minik markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Mehdi Abbasov küçəsi 4 ilə hərəkət edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş və bununla da müəyyən edilmiş qaydaları pozmuşdur. Belə ki, videogörüntüyə baxış keçirilərkən X9 Şöbəsinin əməkdaşı tərəfindən X3 idarə etdiyi avtomobilin saxlandığı zaman onlkar arasında olan dialoqdan aydın olur ki, X4 yol verdiyi pozuntunu etiraf edərək qəbul edir və bunun rayondan yeni gəldiyi ilə əlaqələndirir. İş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət aşağıdakı səbəblərə görə təmin olunmamalıdır. Belə ki, hazırkı iş üzrə əhəmiyyət kəsb edən bir sıra halların aydınlaşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 barəsində tərtib edilmiş 29 noyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın qanunsuz olaraq tərtib edildiyini iddia etsə də, məhkəmə baxışı zamanı həmin hadisənin baş verməsini özündə əks etdirən videoçəkilişə baxdıqdan sonra həqiqətən də pozuntuya yol verildiyi məlum olmuş və yuxarıda qeyd edildiyi kimi İ.Məhərrəmovun da həmin pozuntuya yol verməsini etiraf etməsi videogörüntüdə öz əksini tapır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 29 noyabr 2025-ci il tarixdə, saat 10.45-də «Ford Fusıon» minik markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozması halını iş materiallarına əlavə edilmiş pozuntunu özündə əks etdirən videoçəkiliş iş üzrə mötəbər sübut kimi qiymətləndirilməlidir. Göstərilənlər məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, 29 noyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarı X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkibinin olması, habelə onun həmin maddə ilə təqsirli bilinib 40 manat miqdarında cərimə edilməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Bakı Şəhəri Nizami Rayon DYPŞ-nin vəzifəli şəxsi – YPX inspektoru X1 29 noyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarından X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar