Məhkəmə qərarları › İş №3(5-148)-24/2026

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(5-148)-24/2026

23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(5-148)-24/2026 23.01.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, tələbkarlar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakları ilə xx xxxx 1979-cu ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 tərtib etdiyi 23 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən 05 mart 2024-cü ildə verilmiş, eyni tarixli 2(106)-1547/2018 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 29.932 (iyirmi doqquz min doqquz yüz otuz iki) manat pul, əlavə olaraq dövlət rüsumu 30 manat tutularaq Zərərçəkmiş şəxs1 və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3830/2024 saylı 25 dekabr 2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 21.700 ( iyirmi bir min yeddi yüz) manat pul tutularaq tələbkar Zərərçəkmiş şəxs2 ödənilməlidir. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, yuxarıda göstərilən icra sənədi icraatına daxil olmuş, icraata başlanılaraq borcluya müvafiq qərar və bildiriş təqdim edilmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılmış,lakin tələbin yönəldilə biləcəyi əmlaka malik olması halı müəyyən edilməmişdir. İcra məmuru hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, onun Zərərçəkmiş şəxs2 icra sənədi üzrə borcunun hal-hazıradək 240 manat hissəsini ödəmiş, qalan 21.460 (iyirmi bir min dörd yüz altmış) manat ödənilməmiş borcu qalmışdır. Habelə digər tələbkar Zərərçəkmiş şəxs1 olan borcundan heç bir ödəniş etməmişdir. Tələbkarlar Zərərçəkmiş şəxs2 işin məhkəmədə baxılması zamanı bildirmişdir ki, borclu ona olan borcundan 240 manat hissəsini ödəmişdir. Hal-hazırda borclu Şəxs ona 21.460 manat borcu qalmışdır. Həmçinin tələbkarlar Zərərçəkmiş şəxs1 işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, borclu Şəxs indiyədək borcundan heç bir ödəniş etməmişdir. Lakin tələbkarlar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 borclu Şəxs borcunu 2026-cı ilin iyun ayınadək hər ay 100 manat, sonrakı aylarda məbləği çoxaldaraq ödəniş edəcəyi barədə öz öhdəsinə götürdüyü üçün onunla razılığa gəlmişlər. Odur ki, hazırda ona qarşı şikayət və tələbləri yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmiş və bu barədə hər iki tələbkar məhkəməyə müvafiq ərizə təqdim etmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı borcunu ödəyə bilməməsinin səbəbini heç bir yerdə işləmədiyi və maddi imkansızlığı ilə izah etmişdir. Qeyd edir ki, tələbkar Zərərçəkmiş şəxs2 olan borcundan 240 manat ödəniş etmiş, lakin digər tələbkar Zərərçəkmiş şəxs1 heç bir yerdə işləmədiyi üçün indiyədək heç bir ödəniş etməmişdir. O, icra sənədinin icrasından yayınmır. Lakin öz üzərinə götürdüyü öhdəliklə tələbkarlar arasında razılığa gəldiyi üçün tələbkarlara olan borcundan 2026-cı ilin iyun ayınadək hər ay 100 manat, habelə növbəti aylarda borcunun aylıq ödəniş edəcəyi məbləği artıracağına söz vermiş, tələbkarla aralarında olan razılığa gəldiyinə görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və tələbkarları dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Borclunun daha artıq miqdarda ödəniş etmək imkanına malik olması, lakin borcunu üzrsüz səbəbdən ödəməməsi halları işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar