Məhkəmə qərarları › İş №3(5-148)-82/2026

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(5-148)-82/2026

19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(5-148)-82/2026 19.02.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, X1 qızının katibliyi, 10 avqust 1972-ci ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən göndərilmiş 12 dekabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Şəxs 12 dekabr 2025-ci il tarixdə, saat 10:20 radələrində “Mİ-944” bort nömrəli, “alüminium” tipli, “Yamaha-75” mühərrikli qayıqla balıq ovu ilə məşğul olmaq məqsədilə Xəzər dənizinə çıxaraq sahildən 5,8 mil məsafədə su sərhəd rejiminə icazəsiz daxil olduğu üçün Azərbaycan Respublikasının sərhəd sularında sərhədboyu rejimi pozmuşdur. İnzibati xəta haqqında protokolda Şəxs yuxarıda təsvir olunmuş hərəkətlərlə Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi qeyd olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı özünü təqsirli bilərək iki-üç dəfə icazəsiz balıq ovuna çıxdığını bildirmişdir. Qeyd edir ki, əvvəllər də İXM-nin 571-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün məsuliyyətə cəlb edilmiş, lakin buna baxmayaraq məcburən dolanışığını təmin etmək məqsədilə təkrar bu əməli törətmişdir. Törətdiyi inzibati xətaya görə peşmandır. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun özünün səmimi etirafı ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128–130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə təqsirli bilinərək 250 (iki yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar