Məhkəmə qərarları › İş №3(5-148)-97/2026

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(5-148)-97/2026

23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(5-148)-97/2026 23.02.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, X1 qızının katibliyi ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xəzər Rayon Polis İdarəsi Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materialı Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə təqdim etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 3(5-95)-74/2026 nömrəli iş üzrə 15 yanvar 2026-cı il tarixli qərardadına əsasən material baxılması üçün aidiyyəti üzrə Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Materialdan görünür ki, Şəxs 13 sentyabr 2025-ci il tarixdə, saat 16:26-da «X2» minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş (İXP 7310696), bununla bağlı həmin maddə ilə təqsirli bilinərək 400 manat miqdarında cərimə edilmişdir. Şəxs 13 sentyabr 2025-ci il tarixli qərarı qanuni qüvvəyə mindiyi gündən 03 (üç) aydan çox vaxt keçdiyinə baxmayaraq qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməyib. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Xəzər rayon DYPŞ tərəfindən 12 yanvar 2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Şəxs və inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələrilə təqsirli bilinərək 400 manat miqdarında cərimə edilməsi barədə məlumatlandırılmış, lakin cəriməni qanunla müəyyən edilən müddət ərzində ödəməmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, inzibati cərimə növündə inzibati tənbeh etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128–130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar