Məhkəmə qərarları › İş №3(5-149)-11/2026

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(5-149)-11/2026

12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(5-149)-11/2026 12.02.2026 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X3, Azərbaycan Respublikası FHN-nin X17 Xidmətinin X8 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X5 iştirakı ilə X3 Azərbaycan Respublikası FHN-nin X17 Xidmətinin X8 Yanğın Nəzarəti İdarəsinin xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X6 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası FHN-nin X17 Xidmətinin X8 Yanğın Nəzarəti İdarəsi əməkdaşı tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X6 şikayətini onunla əsaslandırmışdır ki, o, 12 sentyabr 2024-cü il tarixdən ünvan 2il məktəbində direktor vəzifəsində işləyir. Azərbaycan Respublikası FHN-nin X17 Xidmətinin X8 Yanğın Nəzarəti İdarəsinin nümayəndələri tərəfindən rəhbərlik etdiyi məktəbdə yoxlama aparılmış və yanğın təhlükəsizliyi qaydalarının normativ sənədlərin tələblərinə uyğun olmaması əsas götürülərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən haqqımda 150 (yüz əlli) manat inzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə 22 yanvar 2026-cı il tarixli MN № ******* saylı qərar qəbul edilmişdir. O, həmin qərarla qətiyyən razılaşmır və hesab edir ki, barəsində qəbul edilmiş inzibati cərimə tənbeh növünün tətbiq edilməsinə dair Azərbaycan Respublikası FHN-nin X17 Xidmətinin X8 Yanğın Nəzarəti İdarəsinin 21 yanvar 2025-cı il tarixli MN № ******* saylı qərarı qanunsuz və əsassızdır. Belə ki, ünvan 2il məktəbinin binası 2015-ci ildə istifadəyə verilmişdir. Həmin vaxtdan hazırki dövrədək binanın yanğın təhlükəsizliyi qaydaları ilə bağlı heç bir problemlər yaranmamışdır. Lakin X14 İdarəsinin nümayəndəsinin onun barəsində qəbul etdiyi qərarı ona münasibətdə olmalı deyil. Çünki qanunvericiliyə əsasən keçirilən yoxlamanın nəticəsinə dair qeyd olunanların yerinə yetirilməsinə görə məsuliyyət daşımalı olan şəxs o deyildir. Belə ki, məktəb direktoru kimi onun vəzifə səlahiyyətlərini müəyyənləşdirən heç bir normativ hüquqi aktda, o cümlədən "Təhsil Haqqında" Azərbaycan Respublikasının Qanununda bu kimi tələblər yoxdur. Belə olan halda hesab edir ki, ünvan 2il məktəbinin direktoru kimi Azərbaycan Respublikası İXM-nin subyekti o deyildir və onun əməlində İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. X17 Xidmətinin X8 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi tərəfindən icrası təmin olunması üçün ona təqdim olunan 08 yanvar 2026-cı il tarixli 008 saylı tələbnamədə göstərilənlər maddi və fiziki cəhətdən, həm də praktiki olaraq onun şəxsi imkanı və salahiyyəti xaricindədir, eləcə də onun vəzifə öhdəliklərinə daxil deyil. X14 İdarəsinin nümayəndəsi tərəfindən 2024-cü ilin əvvəllərində yanğından mühafizə ilə bağlı məktəbdə texniki müayinə aparılmış və həmin müayinənin nəticələrinə dair müvafiq göstərişlərin icrasının təmin olunması üçün 22 yanvar 2025-ci il tarixdə 16 nömrəli məktubla, yəni tələbnamə ona təqdim edilmədən əvvəl o rəsmi qaydada Oğuz rayonu Təhsil Sektoruna müraciət edərək rəhbərlik etdiyi məktəbdə yanğından mühafizə ilə bağlı zəruri işlərin icrasının təmin olunması üçün tədbir görülməsini xahiş etmişdir. Yəni o bir məktəb direktoru kimi öz üzərinə düşən vəzifəni icra etmişdir. İnzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə analoji qərarlar Oğuz rayonu və başqa rayonlar üzrə də digər vəzifəli şəxslər barəsində də qəbul edilmişdir, lakin qanunsuz olduğu üçün həmin qərarlar bir neçə birinci instansiya məhkəmələri tərəfindən məhkəmə qaydasında ləğv olunmuş və qanuni qüvvəsini almışdır. Eyni zamanda 2025-ci il tarixdə Oğuz rayon Calud kənd tam orta məktəbinə, Oğuz şəhər Həbib Babayev adına 1 saylı tam orta məktəbinə və ünvan 2il məktəbinə tətbiq olunmuş cərimələr barədə məktəb rəhbərləri Oğuz Rayon Məhkəməsinə müraciət etmişlər. X15 tərəfindən keçirilən məhkəmədə qərar ləğv edilmiş və qanuni qüvvəsini almışdır. Həmin məhkəmə qərarları qanuni qüvvəsini aldığı üçün hesab edir ki, məhkəmə presedenti kimi nümunə olaraq əsas götürülməlidir. X16 Nəzarət Xidmətinin X8 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi tərəfindən icrası təmin olunması üçün ona təqdim olunan 08 yanvar 2026-cı il tarixli 008 saylı tələbnamədə göstərilən nöqsan (təxliyyə planı hazırlansın və gözə çarpan yerdə asılması təmin edilsin) aradan qaldırılmışdır. Belə ki, təxliyyə planı hazırlanmış və X8 Yanğın Nəzarəti İdarəsi tərəfindən təsdiq edilərək məktəbdə asılmışdır. Buna baxmayaraq X17 Xidmətinin X8 Yanğın Nəzarəti İdarəsi tərəfindən əsassız olaraq 22 yanvar 2026-cı il tarixli MN № ******* saylı qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən ona 150 (yüz əlli) manat inzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə Azərbaycan Respublikası FHN-nin X17 Xidmətinin Şimal- Qərb Regional X14 İdarəsinin 22 yanvar 2026-cı il tarixli MN № ******* saylı qərarı ona öz əməkdaşları tərəfindən 26 yanvar 2026-cı il tarixdə şəxsən təqdim edilmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X6 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verməklə yanaşı bildirdi ki, o, 2024-cü ildən etibarən ünvan 2il məktəbi direktor vəzifəsində çalışır. Təxliyə planının hazırlanıb, aidiyyəti orqanın əməkdaşları tərəfindən təsdiq edilib binadan asılmasına baxmayaraq təxliyyə planının olmadığını tələbnamədə qeyd etmişlər. Hesab edir ki, qeyd olunan problemləri aradan qaldırmaq onun səlahiyyətinə aid olmasa da, hazırda həmin çatışmazlıqları da aradan qaldırmışdı. Qeyd etdikləri nəzərə alınmaqla Azərbaycan Respublikası FHNnin X17 Xidmətinin X8 Yanğın Nəzarəti İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası FHN-nin X17 Xidmətinin X8 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək göstərdi ki, X14 İdarəsinin əməkdaşı tərəfindən ildə bir dəfə mütəmadi olaraq idarə və təşkilatlarda yoxlama aparılır. Həmin idarələrin rəhbərlərinə aşkar olunmuş nöqsanlarla bağlı sənəd təqdim edilir və həmin çatışmazlıqların aradan qaldırılması tövsiyə olunur. Bundan sonra idarənin rəhbəri barəsində protokol tərtib edilərək qərar qəbul edilməsi üçün üst quruma göndərilir. ünvan 2il məktəbində təxliyə planı hazır olmasına baxmayaraq anlaşılmazlıq səbəbindən inzibati xəta haqqında protokol tərtib edilmiş və protokol əsasında inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası FHN-nin X17 Xidmətinin X8 Yanğın Nəzarəti İdarəsinin rəisi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X6 xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası FHN-nin X17 Xidmətinin X8 Yanğın Nəzarəti İdarəsinin xx.xx.2026-cı il tarixli, 014 nömrəli tələbnaməsinin surətindən görünür ki, ünvan 2il məktəbində xx.xx.2026-cı il tarixədək “Çardağın ağac konstruktiv elementləri odadavamlı məhlullarla hopdurulması”(YTQ № 06-2004. 3.2), “Binanın lazımi qədər ilkin yanğınsğndürmə vasitələri ilə təmin edilməsi”(YTQ № 06-2004. 11.1), “Məktəbdə təxliyyə planı hazırlanması və gözə çarpan yerdən asılmasının təmin edilməsi” (YTQ №06-2004. 4.5) tələbləri müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 16 nömrəli məktubun surətindən görünür ki, ünvan 2il məktəbinin direktoru X1-Zaqatal Regional Təhsil İdarəsinin Oğuz rayonu üzrə Təhsil Sektorunun müdirini Azərbaycan Respublikası FHN-nin X17 Xidmətinin X8 Yanğın Nəzarəti İdarəsinin əməkdaşı tərəfindən məktəbdə yanğından mühafizə ilə bağlı texniki müayinə keçirilməsi zamanı aşkar olunmuş çatışmazlıqlar ( məktəbin təxliyə planının olmaması, yanğınsöndürmə balonlarının saynın normativdən aşağı olması, qazanxana binasının qəzalı vəziyyətdə olması) barədə məlumatlandırmış, mövcud problemlərin həllinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Şəki-Zaqatala Regional Təhsil İdarəsinə ünvanlanmış məktubdan görünür ki, ünvan 2il məktəbində aşkar olunmuş çatışmazlıqlar barədə Oğuz rayonu üzrə təhsil sektoru tərəfindən Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müraciət edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və X3 izahatını dinləyərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. X6 hazırki şikayətində və məhkəmə iclasında verdiyi izahatında Azərbaycan Respublikası FHN-nin X17 Xidmətinin X8 Yanğın Nəzarəti İdarəsinin xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından narazı olduğunu qeyd etmiş, öz narazılığının səbəbini məktəbdə yanğından mühafizə ilə bağlı aşkar olunmuş çatışmazlıqların aradan qaldırılmasının onun vəzifə öhdəliklərinə daxil olmaması, bu səbəbdən onun məsuliyyət daşımaması və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməməsi ilə əsaslandırmışdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu 30.7-ci maddəsinə əsasən təhsil müəssisəsinə rəhbərlik həmin müəssisənin statusuna uyğun olaraq rektor, direktor, müdir tərəfindən təhsil müəssisəsinin nizamnaməsinə uyğun həyata keçirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X4 əsasən direktor elmi-tədqiqat profilinə uyğun olaraq müasir layihələr hazırlanması və həyata keçirilməsi məqsədilə institutun fəaliyyətinə rəhbərliyi həyata keçirir. Təhsil sistemində vahid dövlət siyasətinin həyata keçirilməsini təmin edir və kollektivin işini istiqamətləndirir. Elmi-metodik və hüquqi sənədlərin işlənib hazırlanmasını və nəşrini təşkil edir, institutun iclaslarında sədrlik edir və institutun rəhbər işçiləri tərəfindən hazırlanmış hesabatlarını dinləyir. Bölmələrin fəaliyyətini istiqamətləndirir, elmi və elmi-təşkilati fəaliyyətin, başa çatmış tədqiqatların tətbiqinin nəticələri ilə bağlı hesabatları, o cümlədən struktur bölmələr üzrə tematik qrupların və ayrı-ayrı əməkdaşların tədqiqat işlərinin tətbiqinə, aparılan tədqiqat işlərinin keyfiyyətinə, həmçinin son nəticələrinə dair təqdim olunan dövri hesabatları dinləyir və qəbul olunmuş qərarları təsdiq edir. Təhsil sahəsində həyata keçirilən beynəlxalq proqramlara tələbələrin fəal cəlb olunması, distant təhsilin geniş tətbiq olunmasını təmin edir. Təhsildə keyfiyyətin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlər tətbiq edir, adambaşına maliyyələşdirmə prinsipinin, həmçinin təhsil sahəsində tətbiqi tədqiqatları, eləcə də innovativ fəaliyyəti təşviqləndirən qrant maliyyələşdirməsinin tətbiqini genişləndirir. Beynəlxalq elmi əlaqələri genişləndirir, elmin informasiya təminatını gücləndirir. Kadrların (təsisçinin nomenklaturasında olanlardan başqa) seçilib yerləşdirilməsini, onlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərini həll edir, müvafiq əmrlər, göstərişlər verir. Müasir idarəetmə sistemindən, elmi nailiyyətlərdən və informasiya texnologiyalarından istifadə edir. İnstitutun əmlak və avadanlıqlarından məqsədyönlü istifadə olunmasına sərəncam verir, saxlanılmasına nəzarət edir, ayrı-ayrı müəssisələrlə müqavilələr bağlayır, maliyyə və digər hesablar açır, əmrlər verir, işçiləri işə qəbul edir və işdən azad edir. İnstitutun işçilərinin İxtisasının artırılmasına və təkmilləşməsi məsələlərinə diqqət yetirir və buna dair hökumət və dövlət orqanlarının qərarlarını yerinə yetirir, qabaqcıl pedaqoji təcrübənin öyrənilib yayılması və ümumiləşdirilməsi sahəsində xarici ölkələrin təhsil sistemindəki nailiyyətlərin tətbiqinə xüsusi diqqət yetirir. İnstitutun işçilərinin yaradıcı təşəbbüsünün inkişafına hərtərəfli kömək göstərir, işini istiqamətləndirir. İnstitutun maddi-texniki bazasının genişləndirilməsini təmin edir. Eyni zamanda, o, “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını; təhsil və elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını; Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanı tərəfindən qəbul olunmuş aidiyyəti qərar, sərəncam və əmrlərini; pedaqoji və psixoloji elmlər üzrə yerli və beynəlxalq elmi nailiyyətləri; əmək qanunvericiliyini; əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını bilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi inzibati məsuliyyətə cəlb olunmuş şəxs qanunvericiliyin tələblərinə əsasən öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxsin hər hansı inzibati xətanı törətdiyini sübut etmək vəzifəsi inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqanın üzərinə düşür. Bundan başqa, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Eyni zamanda, şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı bir formada sübut edilməlidir. Azərbaycan Respublikası FHN-nin X17 Xidmətinin X8 Yanğın Nəzarəti İdarəsi tərəfindən isə xx.xx.2026cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qanuni və əsaslı olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmiş, onun həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında da öz təsdiqini tapmamışdır. Əksinə, ünvan 2il məktəbinin direktorunun vəzifə səlahiyyətlərini müəyyənləşdirən heç bir normativ hüquqi aktda, o cümlədən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X2 təhsil müəssisəsinin müdiri üçün məktəb binasına baxış keçirilməsi, çardağın ağac konstruktiv elementlərinin odadavamlı məhlullarla hopdurulması, binanın lazımi qədər ilkin yanğınöndürmə vasitələri ilə təmin edilməsi, məktəbdə təxliyyə planı hazırlanması və gözə çarpan yerdən asılmasının təmin edilməsi və s. vəzifələrin, yəni məsul şəxs olaraq yanğından mühafizəyə dair göstərilən tələbləri yerinə yetirməli olması müəyyən edilməmişdir. Bundan başqa, yanğından mühafizəyə dair həmin tələblərin yerinə yetirilməsi ilə bağlı tədbirlərin görülməsi üçün Qadir Abdullayev tərəfindən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Oğuz rayonu üzrə Təhsil Sektoru müdirinə rəsmi məktubla müraciət olunmuş, Oğuz rayonu üzrə Təhsil Sektoru müdiri tərəfindən isə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdirinə müraciət edilmiş, lakin həmin idarə tərəfindən bu tələblərin yerinə yetirilməsi ilə bağlı tədbirlər görülməmişdir. Halbuki qanunvericilikdə bununla bağlı müvafiq tədbirlərin görülməsi və yanğından mühafizəyə dair həmin tələblərin yerinə yetirilməsi həmin idarənin məsul şəxsinin vəzifəsi olaraq müəyyən edilmişdir. Eyni zamanda vaxtında təxliyyə planının hazırlanması və gözə çarpan yerdən asılması da Qadir Abdullayev tərəfindən təmin edilmişdir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olması sübuta yetirilmədiyinə görə o, xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara görə hər hansı inzibati və ya maddi məsuliyyət daşımır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, X3 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası FHN-nin X17 Xidmətinin X8 Yanğın Nəzarəti İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X6 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128-136-cı maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: X3 şikayəti təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası FHN-nin X17 Xidmətinin X8 Yanğın Nəzarəti İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan1 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar