Məhkəmə qərarları › İş №3(5-149)-16/2026

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(5-149)-16/2026

18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(5-149)-16/2026 18.02.2026 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Əliyev Rəşad Ayıl oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 12 saylı X2 nümayəndəsi X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1957-ci il tarixdə Qəbələ rayonu Beyilli kəndində anadan olmuş, ünvan 1 ünvanında yaşayan, evli, orta təhsilli, işsiz, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 12 saylı X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 12 saylı X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, xx.xx.2026-cı il tarixdə ünvan 2i ərazisində yerləşən Şəxs qeyri-rəsmi idarə etdiyi “Kral” şadlıq sarayında formalaşan tullantı suların axıdıldığı çirkab quyusunun daşmasına görə ətraf mühitə axıdılmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3cü maddəsinin tələbləri pozulmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 12 saylı X2 nümayəndəsi X10 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, ünvan 2ində xx.xx.2026-cı il tarixdə monitorinq keçirilən zaman Şəxs istifadəsində olan obyektdə tullantı sularının kənara təyinatsız axıdıldığı aşkar olunmuşdur və həmin fakt əsasında araşdırma aparılmış və Şəxs barəsində xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xətanının videogörüntüləri də diskə əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, ünvan 2i ərazisində yerləşən "Kral” şadlıq sarayını işlədir. O, şadlıq sarayının yanında su axıdılması üçün quyu qazdırmışdır. Şadlıq sarayından axan su da həmin quyuya gedir, lakin quyu şişib axıntı vermişdir. O, əməlindən səmimi peşman olmuşdur. Bundan sonra nəzarəti gücləndirəcək və bir daha belə hadisə baş verməyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 12 saylı X3 tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, inzibati xəta hadisəsi baş verərkən qeydə alınan videogörüntülər əks olunan diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ünvan 2i ərazisində yerləşən “Kral” şadlıq sarayında formalaşan tullantı suların kənara, yəni restoranın kənarından keçən arxa və digər ərazilərə axıdılması baş vermişdir. İş materiallarına əlavə edilmiş, inzibati xəta hadisəsinin baş verdiyi ərazinin fotoşəkillərinə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Şəxs idarə etdiyi restoranda tullantı sularının kənara təyinatsız axıdıldığı müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, tərəfindən tədbirlər görülmüş və bundan sonra axıntı suları həmin əraziyə axıdılmayacaqdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 262.2.3cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 1 ünvanında yaşayan Şəxs faktiki idarə etdiyi ünvan 2i ərazisində yerləşən “Kral” şadlıq sarayında formalaşan tullantı suların kənara, restoranın yanından keçən arxın içərisinə və digər ərazilərə təyinatsız şəkildə axıtmışdır. Qeyd olunan hal inzibati xəta haqqında protokol, işdə olan sənədlər və videogörüntü ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 12 saylı X2 əməkdaşları tərəfindən xx.xx.2026-cı il tarixdə keçirilən nəzarət tədbirləri zamanı Şəxs faktiki idarə etdiyi ünvan 2i ərazisində yerləşən “Kral” şadlıq sarayında tullantı sularının küçəyə təyinatsız axıdılması müəyyən edilmiş, bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materialında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 12 saylı X2 əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, 002460 nömrəli aktdan görünür ki, bölmənin 0036 saylı, xx.xx.2026-cı il tarixli sərəncamına əsasən Oğuz rayonu və ətraf ərazilərdə suların istifadəsi və mühafizəsi üzrə qanunvericiliyin tələblərinə riayət edilməsinin araşdırılması məqsədi ilə həyata keçirilən tədbirlər zamanı Şəxs faktiki idarə etdiyi ünvan 2i ərazisində yerləşən “Kral” şadlıq sarayında çirkab quyusunun daşması nəticəsində tullantı sularının ətraf mühitə təyinatsız axıdılması aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 12 saylı X2 0036 nömrəli, xx.xx.2026-cı il tarixli sərəncamından görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 2024-cü il 23 dekabr tarixli FƏ 63 nömrəli Əmri ilə təsdiq edilmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X5 Xidmətinin regional bölmələrinin Əsasnaməsi ilə müəyyən olunmuş hüquq və vəzifələrin həyata keçirilməsi və bununla bağlı nəzarət tədbirləri aparmaq məqsədilə Oğuz və Qəbələ rayonları ərazisində 03 gün müddətində nəzarət tədbirlərinin aparılması Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 12 saylı X2 böyük məsləhətçimüfəttişi X8 tapşırılmışdır. Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinə görə su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda və s. hallarda vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən su obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşman olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, yüngülləşdirici halı nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati cərimə növünün aşağı həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsinin qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 12 saylı X3 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Rəşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar