Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(5-149)-26/2026 25.02.2026 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Əliyev Rəşad Ayıl oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə xx.xx.1993-cü il tarixdə ünvan 1ində anadan olmuş, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşayan, evli, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tətib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara işin baxılmağa hazırlanması mərhələsində baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə inzibati protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar yaranmışdır. Belə ki, iş materiallarında olan xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs barəsində qəbul edilmiş EQ/ 31185570 nömrəli xx.xx.2025-ci il tarixli elektron qərar üzrə barəsində olan inzibati cəriməni həmin qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmiş və bununla da o, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərar EQ/ 31185570 nömrəli protokol əsasında qəbul edilmiş, qərara əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi Şəxs barəsində olan və üç ay müddətində icra edilməmiş cərimə növündə inzibati tənbeh tətbiq etmə qərarı yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara aid deyil. Belə ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə təqsirli bilinərək tənbeh edilmişdir. Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi isə həmin Məcəllənin “Vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalar” adlanan 36-cı fəslinə aiddir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə məsuliyyət isə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yaranır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1 və 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 114, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Əliyev
Məhkəmə qərarları › İş №3(5-149)-26/2026
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(5-149)-26/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver